Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış

“Təhsil” Respublika İdman Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate idman növü üzrə açıq çempionatı keçirilib. Abşeron Olimpiya idman Kompleksində keçirilən yarışa 10 yaş qrupu üzrə 200-ə yaxın idmançı qatılıb. Tədbirin bədii hissəsində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin rəqs kollektivi və “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri nümunəvi çıxışlar edib. Çempionatda I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq- Gənclər İdman Məktəbinin, III yeri “Cüdo 2012 Karate Klubu“ nun komandaları tutub. Qaliblər kubok və diplomla təltif edilib. Yarışın keçirilməsində əsas məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.

Tovuz məktəblisinə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si verilib

Mayın 2-də Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Tovuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin müəllim və şagirdləri iştirak edib. Çıxış edənlər İdris Abbasovu örnək davranış nümayiş etdirdiyinə görə təbrik edib, ona dərslərində uğurlar arzulayıblar. İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev sahibini taparaq pulu ona qaytarıb. Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif edilən mükafatdan imtina etməsi olub.

Futbol turnirinin qalibi müəyyənləşib

Məktəblilərdən ibarət komandalar arasında təşkil edilən mini futbol turnirinin final mərhələsi keçirilib. “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 61 nömrəli tam orta məktəbdə təşkil olunub. Final oyununu “Məktəblinin dostu” layihəsinin rəhbəri  Rüstəm Ağayev, “Sabah” futbol klubunun baş məşqçisi Arif Əsədov, Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndəsi Elgiz Abbasov, “Səbail” futbol klubunun məşqçisi Füzuli Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdlər izləyib. Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin futbol idman növünə marağını artırmaq, həmçinin, onların sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir. Futbol turnirində 12, 57, 61, 63, 117, 194, 272 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin komandaları iştirak edib. Yarışın final mərhələsində 61 və 63 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Qarşılaşmanın nəticələrinə əsasən, 63 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. Qalib komanda kubokla təltif olunub. Həmçinin, 61 və 63 nömrəli tam orta məktəb komandalarının üzvlərinə medal və sertifikatlar təqdim edilib.

Xızı müəllimləri “Bizim müəllim” layihəsində

Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən,  peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Xızı  rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Akademik Zərifə Əliyeva adına liseyin 10 illik yubileyi qeyd olunub

Mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.    Tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva bildirib ki, işıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. Mehriban Vəliyeva deyib ki,  bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanlarında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib. Sonra liseyin 10 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, məktəbin təhsilə verdiyi töhfələrdən danışıb. Nazir əldə olunan bu nailiyyətlərdə liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edib, təhsil müəssisəsinin şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında yüksək yerlərə layiq görüldüklərini vurğulayıb. Yubiley tədbirində çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kollektivi təbrik edərək onlara uğurlar arzulayıb. Sonra liseyin 27 müəlliminə Təhsil Nazirliyinin Fəxri fərman və təşəkkürnamələri təqdim edilib. Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanılıb. Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.

SABAH qrupunun tələbələri ilə görüş

SABAH qruplarının 4-cü kurs tələbələri və Vergilər Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. Görüşün məqsədi Vergilər Nazirliyi və onun tabeli struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda tələbələrə məlumat verməkdir. Görüş Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib. Memorandum vergilər sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi və vergi tutma sahələri üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) mütəmadi dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və digər nazirliklərarası əməkdaşlıq məsələlərini əhatə edir.

Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib

Mayın 1-də Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib. Ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi plenar iclası açıq elan edən universitetin rektoru Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Böyük ziyalı Mir Cəlal Paşayevin zəngin irsindən, nəcib insani keyfiyyətlərindən danışan rektor universitetin yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Təhsil naziri Ceyhun Bayramov  Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib. Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş olunub. Universitetin filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə çıxış edib. Daha sonra millət vəkili Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar. Sonda alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.

Məktəblilər dünya şahmat çempionatından medallarla qayıdıb

Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilib. 40 ölkədən 387 şahmatçının mübarizə apardığı çempionatda 6 yaş qrupu üzrə 12 nəfər şahmatçı ilə təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurlu nəticə əldə edib. Komanda üzvlərindən  Murad İbrahimli qızıl, Aytac Heydərova, Yusif Kərimli gümüş, İsmayıl Süleymanlı bürünc medal qazanıb. Qeyd edək ki, dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilib və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib. Çempionatdan əvvəl mərkəzin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib, onların yüksək nəticələr əldə etməsinə həvəsləndirilməsi üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib.

SABAH tələbələri MDB ölkələrinin teatr festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri Moskvada MDB ölkələri tələbələrinin “Rusiya Teatr Sənəti İnstitutunun ustad dərsləri” ("QİTİS-master-klass") teatr festivalında iştrak ediblər. SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov, tələbələr - Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak ediblər. Səfər çərçivəsində tələbələr Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdiriblər.

Akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə “Ana – müqəddəslik zirvəsi” adlı tədbir keçirilib. Mərkəzin rəhbəri Lalə Qəti akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib.  Tədbirdə “Böyük insan, unudulmaz alim” adlı məruzə dinlənilib, görkəmli alim Zərifə xanım Əliyevaya həsr olunan film nümayiş olunub. Rəsmi hissə bəstəkar Sevinc Tofiqqızının Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi və mərkəzin gənc vokalçılarının ifa etdiyi "Getmə, ana!" (“Мама, не уходи!”) mahnısının klipinə baxış ilə başa çatıb. Tədbirin bədii hissəsi mərkəzin foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Ana – müqəddəslik zirvəsi” adlı sərginin nümayişi ilə başlayıb. Bədii qiraətçilərin ifasında Zərifə xanıma həsr olunmuş şeirlər, gənc vokalçıların ifasında isə “Ana” mövzusunda mahnılar səslənib. Sonda “Ana” mövzusunda ən maraqlı və orijinal rəsm əsərləri çəkən gənc rəssamlar Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin əməkdaşları, Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloq həkimləri və digər qonaqlar iştirak edib.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı