Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib
Mayın 1-də Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.
Ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi plenar iclası açıq elan edən universitetin rektoru Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Böyük ziyalı Mir Cəlal Paşayevin zəngin irsindən, nəcib insani keyfiyyətlərindən danışan rektor universitetin yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib.
Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş olunub.
Universitetin filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə çıxış edib. Daha sonra millət vəkili Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar.
Sonda alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
