Futbol turnirinin qalibi müəyyənləşib
Məktəblilərdən ibarət komandalar arasında təşkil edilən mini futbol turnirinin final mərhələsi keçirilib.
“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 61 nömrəli tam orta məktəbdə təşkil olunub.
Final oyununu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “Sabah” futbol klubunun baş məşqçisi Arif Əsədov, Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndəsi Elgiz Abbasov, “Səbail” futbol klubunun məşqçisi Füzuli Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdlər izləyib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin futbol idman növünə marağını artırmaq, həmçinin, onların sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir.
Futbol turnirində 12, 57, 61, 63, 117, 194, 272 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin komandaları iştirak edib.
Yarışın final mərhələsində 61 və 63 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Qarşılaşmanın nəticələrinə əsasən, 63 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb.
Qalib komanda kubokla təltif olunub. Həmçinin, 61 və 63 nömrəli tam orta məktəb komandalarının üzvlərinə medal və sertifikatlar təqdim edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
