• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı
18/05/2025

“Məktəblilərarası Milli Hakaton”da olimpiada mərhələsinə yüksələn Xaçmaz məktəbliləri də finalda qalibiyyət üçün mübarizə aparır #ElmVəTəhsilNazirliyi #MilliHakaton2025 #RəqəmsalBacarıqlar

Ətraflı
17/05/2025

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. #ElmVəTəhsilNazirliyi #MÜTDA #Monitorinq

Ətraflı
17/05/2025

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əlaçı” intellektual oyununun 21-ci mövsümünün final turu baş tutub. İntellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. #ElmVəTəhsilNazirliyi #Əlaçı

Ətraflı