Məktəblilər dünya şahmat çempionatından medallarla qayıdıb
Albaniyanın Durres şəhərində şahmat üzrə məktəblilərin dünya çempionatı keçirilib. 40 ölkədən 387 şahmatçının mübarizə apardığı çempionatda 6 yaş qrupu üzrə 12 nəfər şahmatçı ilə təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin komandası uğurlu nəticə əldə edib.
Komanda üzvlərindən Murad İbrahimli qızıl, Aytac Heydərova, Yusif Kərimli gümüş, İsmayıl Süleymanlı bürünc medal qazanıb.
Qeyd edək ki, dünya çempionatında iştirak edən komandanın formalaşması üçün “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müvafiq yaş qrupları üzrə respublika çempionatının zona və final mərhələləri keçirilib və hər yaş qrupu üzrə birinci yeri tutan şahmatçılar komandanın tərkibinə daxil edilib. Çempionatdan əvvəl mərkəzin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib, onların yüksək nəticələr əldə etməsinə həvəsləndirilməsi üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
