Akademik Zərifə xanım Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə “Ana – müqəddəslik zirvəsi” adlı tədbir keçirilib.
Mərkəzin rəhbəri Lalə Qəti akademik Zərifə xanım Əliyevanın zəngin elmi yaradıcılığı, mənalı ömür yolu haqqında məlumat verib.
Tədbirdə “Böyük insan, unudulmaz alim” adlı məruzə dinlənilib, görkəmli alim Zərifə xanım Əliyevaya həsr olunan film nümayiş olunub. Rəsmi hissə bəstəkar Sevinc Tofiqqızının Leyla xanım Əliyevanın sözlərinə bəstələdiyi və mərkəzin gənc vokalçılarının ifa etdiyi "Getmə, ana!" (“Мама, не уходи!”) mahnısının klipinə baxış ilə başa çatıb.
Tədbirin bədii hissəsi mərkəzin foyesində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Ana – müqəddəslik zirvəsi” adlı sərginin nümayişi ilə başlayıb. Bədii qiraətçilərin ifasında Zərifə xanıma həsr olunmuş şeirlər, gənc vokalçıların ifasında isə “Ana” mövzusunda mahnılar səslənib.
Sonda “Ana” mövzusunda ən maraqlı və orijinal rəsm əsərləri çəkən gənc rəssamlar Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Nizami və Nəsimi Rayon İcra hakimiyyətlərinin əməkdaşları, Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloq həkimləri və digər qonaqlar iştirak edib.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
