Ukraynalı müəllim və şagirdlər akademik Zərifə Əliyeva adına liseydə olublar
İyunun 13-də ölkəmizdə səfərdə olan Ukraynanın Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyinin direktor, müəllim və şagird heyəti Bakıda akademik Zərifə Əliyeva adına liseyi ziyarət edib.
Liseylə tanışlıq çərçivəsində qonaqlara təhsil müəssisəsinin məzunu, Vətən müharibəsi şəhidi Namiq Quliyev haqqında məlumat verilib. Qonaqlar liseyin robototexnika otağı, kitabxana və idman zalına baxış keçiriblər.
Hər iki liseyin direktoru bu səfəri təhsil ocaqları arasındakı əməkdaşlıq istiqamətində atılan addım kimi yüksək dəyərləndirib, gələcəkdə hazırkı əməkdaşlıq və dostluğun möhkəmlənəcəyinə inamlarını ifadə ediblər.
Daha sonra şagirdlərin ifasında rəqs nömrələri nümayiş etdirilib, musiqilər səsləndirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
