BSU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
İyunun 13-də Təhsilin İnkişafı Fondu (TİF), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Bakı Slavyan Universiteti (BSU) arasında IELTS imtahanına təşviqlə bağlı layihə çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Sözügedən layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bu layihənin universitetin yenidən təşkili və inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirərək onun yaratdığı imkanların bütün BSU ailəsi üçün gələcək perspektivlər açdığını qeyd edib.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov sözügedən layihənin ali təhsil müəssisələrinin elmi-pedaqoji heyəti, tələbələri və ümumilikdə təhsil sisteminin inkişafı üçün yaradacaq imkanları vurğulayıb.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri səlahiyyətlərini icra edən Yaqub Piriyev müqavilənin əhəmiyyətindən danışıb. Yaqub Piriyev bakalavr və magistrlar üçün ali təhsilin növbəti pillələrində dil üzrə imtahanlarda uğur qazanmaq üçün şərait yaradıldığını qeyd edib.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova da öz növbəsində imzalanan müqavilənin ali təhsil müəssisəsinin həm akademik heyəti, həm də tələbələri üçün faydalı olduğunu qeyd edib, hər kəsin bu müqavilənin yaratdığı imkanlardan bəhrələnəcəyinə əminliyini ifadə edib.
Sonra üçtərəfli müqavilənin imzalanma mərasimi keçirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
