• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Valideynlərin nəzərinə!

20 iyun saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrdən uğur qazanan uşaqlar üçün məktəb seçimi prosesinə başlanılacaq. 

  

Eyni zamanda, həmin tarixdən 27 iyun saat 18:00-dək “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli təhsil kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, Zəngi liseyi və 160 nömrəli Klassik gimnaziyanın rus bölməsi üçün prioritetlər üzrə üstünlüyü olan uşaqların məktəb seçimi, prioriteti olmayan uşaqlar üçün isə müsabiqələrə qeydiyyat prosesinə başlanılacaq. 

  

Qeyd edək ki, yuxarıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olan uşaqların qəbulu müsabiqədənkənar aparılır. Bunun üçün valideyn elektron sistemdə övladı üçün prioritetlər üzrə sorğu yerləşdirməlidir. 

  

Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci siniflərinə həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə qəbul yalnız müsabiqə yolu ilə aparılır. Qeyd edilən tarixlərdə həmin müəssisələr üçün də müsabiqələrə yazılma aktiv olacaq. 


1 il əvvəl