"Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel keçirilib
Noyabrın 18-də COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib. Panel sesssiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub. Paneldə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edib. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirib. Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir. Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir. Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib. Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb. Panel çərçivəsində təşkil edilən "Greening Education Partnership" təşəbbüsünün ikinci illik iclası da öz növbəsində qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsil sistemlərinə inteqrasiyası ilə bağlı müzakirələr aparmaq üçün dinamik platforma rolunu oynayıb.
18/11/2024 15:45
COP29 çərçivəsində Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçirilib
Noyabrın 18-də COP29 çərçivəsində keçirilən İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə mətbuat konfransı təşkil edilib. Mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər. Yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında nazirlər onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar. Emin Əmrullayev öz növbəsində Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, bu hərtərəfli yanaşma şagirdlərə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir.
18/11/2024 14:30
"İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü" mövzusunda nazirlərin yüksək səviyyəli birgə iclası olub
Noyabrın 18-də COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü" mövzusunda yüksək səviyyəli birgə iclas keçirilib. Tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib. Birgə iclasın əsas məqsədi insan inkişafına investisiyanın iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub. Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə "İqlim dostu" tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dayanıqlı cəmiyyət fərdlərin ətraf mühit çağırışları qarşısında uyğunlaşması üçün lazımi bilik, bacarıq və dəstək sistemləri ilə təmin edilməsidir. Qeyd edib ki, Bakı təşəbbüsü gəncləri iqlim dəyişiklikləri ilə mübarizədə davamlı tədbirlərin fəal iştirakçıları kimi gücləndirməyi hədəfləyir. Tədbir çərçivəsində Azərbaycan Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsini təklif edib. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim təhsili standartlarına dəstəyinin göstəricisi kimi qiymətləndirilib. Birgə iclasda, həmçinin məktəblərdə iqlim şüurunun artırılması, müəllimlərin bu sahədə hazırlanması, iqlim dayanıqlı təhsil sistemlərinin qurulması kimi məsələlər də müzakirə edilib. Bununla yanaşı, tələbələrin yaşıl iqtisadiyyat üçün vacib bacarıqlara yiyələnməsi məqsədilə strateji yanaşmalar təqdim olunub. İclasın yekununda Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib. Bu prinsiplər iqlim təsirlərinə qarşı mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşmanı əks etdirir, təhsilin əhəmiyyətini xüsusi vurğulayır.
18/11/2024 12:07
Elm və təhsil naziri Andreas Şleyxerlə görüşüb
Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb. Görüşdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə ətraf mühit savadlılığı ilə bağlı biliklərin ölçülməsinə dair təşəbbüsü ətrafında müzakirələr aparılıb.
18/11/2024 10:00
Elm və Təhsil Nazirliyinin COP29-da 18 noyabr gündəliyi
Noyabrın 18-də COP29 çərçivəsində keçiriləcək İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq tədbirlərə dair gündəliyi təqdim edirik. İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə əlaqəli şəkildə yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet məsələ kimi hərtərəfli baxılacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzular müzakirə olunacaq.
16/11/2024 17:04
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin baş vitse–prezidenti və davamlı inkişaf üzrə baş direktoru Mary de Vysocki, kommunikasiya və davamlı inkişaf üzrə icraedici şəxs Cecilia Hughes, Türkiyə, Rumıniya, MDB regionu üzrə baş menecer Didem Duru, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov və ərazi üzrə məsul menecer Fərid Zeynalov iştirak ediblər. Görüş zamanı “Cisco” şirkəti ilə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması istiqamətində uzunmüddətli əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, təhsil müəssisələrinin şəbəkə təminatı üzrə həyata keçirilən işlərin genişləndirilməsi, internet trafikinin idarə edilməsi, təhlükəsizliyin qorunması, rəqəmsal təhsil məzmunlarının hazırlanması və təhsildə süni intellekt həllərinin tətbiqinə dair məsələlər müzakirə edilib. Görüşdə Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılan “Cisco” Şəbəkə Akademiyası haqqında danışılıb, akademiyada İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının təşkili və tədris planlarına inteqrasiyası məsələləri barədə də söhbət aparılıb. Həmçinin bu cür akademiyaların sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası mövzuları ətrafında fikir mübadiləsi edilib. Yekunda müzakirə olunan istiqamətlər üzrə birgə fəaliyyətin genişlənməsi qərara alınıb.
16/11/2024 14:38
Vətəndaş müraciətlərinin statistikası
Noyabrın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 040 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 11 055-i çağrı mərkəzləri, 337-si sosial media, 2 387-si "WhatsApp" vasitəsilə olduğu halda, 751-i elektron, 658-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 852 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu və qarşılıqlı yerdəyişməsi, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.
15/11/2024 14:00
Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb
Noyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. Görüşdə elm və təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) ziyarət ediblər. Universitetin kitabxanası, tarix muzeyi və müxtəlif korpusları ilə tanış olan qonaqlar təhsil infrastrukturunun inkişafı və müasir standartlara uyğunlaşdırılmasına dair təcrübələrini müzakirə ediblər. Tərəflər bu görüşün Azərbaycan-Anqola arasında təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsinə və gələcəkdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə zəmin yaradacağını bildiriblər.
14/11/2024 16:30
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb. Görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib. Daha sonra qonaqlar Bakı şəhəri 67 nömrəli tam orta məktəbi ziyarət edərək təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, əsası 1897–ci ildən qoyulmuş məktəb ilk dərs ilində 2 müəllim və 73 şagirdlə fəaliyyətə başlayıb. 1989–cu ilə qədər məktəbdə təhsil yalnız rus dilində aparılıb. Qeyd olunub ki, görkəmli ictimai xadim, Rusiya–Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Azərbaycan neft sənayesinin qocaman nümayəndəsi Nikolay Konstantinoviç Baybakov da sözügedən məktəbdə təhsil alıb.
14/11/2024 11:00
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb. Görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında birgə proqramların həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Həmçinin 2 ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
13/11/2024 19:00
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
ƏtraflıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May
ƏtraflıBu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı