• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

II Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

İyunun 12-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş II Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpiada Bakıda yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil edilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova və digər qonaqlar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə II Bakı Elm Olimpiadası barədə videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə maraqlarını artırmaq məqsədilə keçirilən müsabiqə, eləcə də olimpiadaları yüksək qiymətləndirib.

Aparat rəhbəri əlavə edib ki, təşkil edilən yarışlar şagirdlərin nəzəri və təcrübi biliklərini təkmilləşdirir, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsi qazandırır.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva da öz növbəsində II Bakı Elm Olimpiadasını yüksək təhsilli, intellektual Azərbaycan gəncliyinin yetişməsinə hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə məktəblilərin ən dəyərli töhfəsi kimi dəyərləndirib.

BANM-in rektoru Elmar Qasımov belə olimpiadaların şagirdlərin bilik və bacarıqlarının artırılmasına, təlim motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərdiyini deyib, qaliblərə uğurlar arzulayıb.

Daha sonra müsabiqə üzrə I, II, III yerlərin qalibi olan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.


1 il əvvəl