Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini İdris İsayev Kürdəmirdə olub

Aprelin 10-da elm və təhsil nazirinin müavini İdris İsayev Kürdəmir rayonunda olub.    Əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Səfər zamanı İdris İsayev Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbə baş çəkib. Sözügedən təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib.   Nazir müavini Kürdəmir şəhərində yerləşən 10 nömrəli körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.        Səfər çərçivəsində İdris İsayev E.Qurbanov adına Qarasu kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş müəllim Qoşqar Ömərovun atası, həmin məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov ilə görüşüb. Görüş zamanı şəhid atası Qoşqar Ömərovun keçdiyi ömür yolu və müəllim kimi fəaliyyəti barədə danışıb.    Nazir müavini Kürdəmirdə vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.

Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb

Aprelin 9-da elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb. Görüş çərçivəsində Türkiyə Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

Aprelin 9-dan Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi başlayır. Proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır.  4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər. Qeyd edək ki, I “Maarifçi” tələbə-məzun təcrübə proqramı ötən ilin aprel – iyul, II “Maarifçi” tələbə-məzun təcrübə proqramı isə oktyabr – yanvar aylarında keçirilib. Hər iki təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub.  Proqrama müraciət üçün keçid linki: https://anket.edu.az/user/200

Nazir müavini “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfransda iştirak edib

Aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfrans keçirilib.    Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, elm xadimləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.   Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən Əminağa Sadıqov açılış nitqində konfransın SDU-da keçirilməsini önəmli qiymətləndirərək tədbirin ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çərçivəsində “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına öz töhfəsini verəcəyini bildirib. Universitetlərin əsas vəzifəsinin yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu söyləyən Əminağa Sadıqov əlavə edib ki, ali məktəblər bununla yanaşı ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etməli, tələbələrin yetkin şəxsiyyət, vətənpərvər ruhda formalaşmalarında rol oynamalıdırlar.    Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı Qərbi Azərbaycana qayıdacağımıza əmin olduğunu, Vətənimizi qorumaq üçün güclü və bilikli olmağın önəm daşıdığını vurğulayıb. Son dövrlərə qədər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi, həyatı, mənşəyi, məişəti, taleyinin hərtərəfli tədqiq edilmədiyini diqqətə çatdıran nazir müavini bildirib ki, Ermənistanın tarixi abidələri və toponimləri azərbaycanlıların min illər boyu bu ərazinin əsas sakinləri olduğunu sübut edir.     Nazir müavininin sözlərinə görə, hər bir ölkənin gələcəyi bu günün ayrılmaz elementi olan, ölkənin gələcəyi üçün məsuliyyət daşıyan gənc nəsildir. Ali təhsil müəssisələrində təhsil alan müasir gənclər yaxın gələcəkdə cəmiyyətin siyasi, iqtisadi və elmi elitasının əsasını təşkil edəcəklər. Müasir dövrümüzün ən mühüm vəzifələrindən biri Vətən, ana torpaq, ana yurd anlayışlarının formalaşdırılmasıdır. Firudin Qurbanov nəzərə çatdırıb ki, hazırda təhsilalanlara Qərbi Azərbaycan haqqında məlumatlar verilir, bu mövzuda tədbirlər, olimpiada keçirilir. Məqsəd odur ki, hər bir vətənpərvər gənc keşməkeşli dövrün hadisələrinə sadəcə müşahidəçi kimi qalmasın, azərbaycanlıların yenidən Qərbi Azərbaycana qaytarılması uğurunda fədaiyə çevrilsin.    Milli Məclisin deputatı Mehriban Vəliyeva ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclərin öndə olmasını, onların bu işlərə yeni dəyər qatmalı olduqlarını önə çəkərək konfransın əsas məramının gənclərlə birgə tariximizə varmaq olduğunu qeyd edib.   Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov konfransda gənclərin çoxluq təşkil etməsini son dərəcə əhəmiyyətli sayıb və əlavə edib ki, gənclərin canları-qanları hesabına azad etdikləri torpaqlarımızda hazırda quruculuq işləri gedir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışı zamanı hazırda SDU-da 7-8 min nəfər tələbənin təhsil alması məsələsinə toxunaraq Sumqayıt Dövlət Universiteti üçün əlavə korpus tikilməli olduğunu diqqətə çatdırıb, Sumqayıt gənclərinin çox savadlı və intellektli olmasını qeyd edərək onlarla fəxr etdiyini söyləyib. Digər çıxış edənlər Qərbi Azərbaycana qayıdış ideyasının həyata keçirilməsində gənclərin öhdəsinə daha çox işlərin düşdüyünü önə çəkiblər.    Konfransın plenar hissəsində spikerlər – Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı gənclərin suallarını cavablandıraraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.  

Respublika Fənn Olimpiadalarının final mərhələsinin keçirilmə tarixləri

Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinin keçirilmə tarixləri müəyyən olunub.    RFO-nun final turu bütün fənlər üzrə Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. Koordinasiya prosesi isə kimya fənni üzrə onlayn şəkildə, digər fənlər üzrə isə əyani şəkildə Təhsil Texnologiyaları Mərkəzində baş tutacaq.    Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini portal.edu.az saytında şəxsi kabinetlərindən əldə edə bilərlər.   Olimpiadaların final mərhələsinə gələrkən şagirdlərdən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi gətirmələri tələb olunur.

Elm festivalının açılış mərasimi keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalının açılışı olub.   Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru Ədalət Muradov, dövlət və özəl qurumların rəhbərləri, eləcə də digər qonaqlar iştirak ediblər.   Giriş nitqi ilə çıxış edən rektor Ədalət Muradov tədbirin ölkə başçısının müvafiq sərəncamı ilə hər il keçirilən Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-in start verdiyi iki mühüm təşəbbüsdən - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması”ndan söz açıb. Layihə çərçivəsində ölkənin aparıcı məktəbləri, eləcə də regionlardakı universitetlərdə şagirdlərin, həmçinin gənclərin elmə marağının artırılması məqsədilə ölkənin tanınmış alimlərinin iştirakı ilə görüşlərin keçirildiyini deyib.   Ədalət Muradov UNEC-də elmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini diqqətə çatdıraraq son beş ildə universitetin əldə etdiyi uğurlardan söz açıb, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artımın olduğunu deyib. Rektor UNEC-də elmin rəqəmsallaşdırılması ilə bağlı həyata keçirilən layihələr barədə də məlumat verib.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq ölkədə elmin inkişafının prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Nazir ölkə elminin qarşısında duran çağırışlardan söz açıb, bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən olduğunu bildirib. Emin Əmrullayev elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına faydalılığının təmin edilməsinin, eləcə də elmin cəmiyyət üçün anlaşıqlı təqdim olunmasının vacib məsələlərdən olduğunu vurğulayıb.   Nazir elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin qiymətləndirilməsi ilə bağlı mövcud problemlər, onların həllinə dair qarşıda duran vəzifələrə də toxunub.   Daha sonra çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından elmi müəssisələrin rolundan söz açıb. O, tədbirdə səsləndirilən çağırışların akademiyaların işinin səmərəli qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib.    AMEA-nın müxbir üzvü Rafiq Əliyev öz növbəsində elmin bəşəriyyətin inkişafındakı rolundan söz açaraq bu inkişafın yalnız elmlə mümkün olduğunu diqqətə çatdırıb. O, süni intellektin elmin bütün sahələrinə tətbiqinin zəruriliyi məsələlərinə də toxunub.   Rəsmi hissə Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yücenin “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatı ilə yekunlaşıb.   Sonra iştirakçılar UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. Həmçinin UNEC Dizayn məktəbinin tələbələrinin əl işlərinə baxış keçiriblər.   Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və “Bazarın hüdudları” kitabının təqdimatı keçirilib.   Qeyd edək ki, Elm festivalı aprelin 10-dək davam edəcək.    

Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində mühüm islahat

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur. Belə ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək. İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır. Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək. Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.

I sinfə qəbul prosesi başlayır

1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.   Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.   Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Nazir Asiya İnkişaf Bankının İnsan və Sosial İnkişaf Sektor Ofisinin direktoru ilə görüşüb

Aprelin 4-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) İnsan və Sosial İnkişaf Sektor Ofisinin direktoru Sofia Şakillə görüşüb. Görüş çərçivəsində AİB ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başladı

Aprelin 4-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.   Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.   Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.  Müsabiqə şərtlərinə uyğun olaraq, sosial amillərlə bağlı elektron ərizəyə aşağıdakı sənədlər yüklənilməlidir: Əri və ya arvadı hərbçi olduqda: nikah haqqında şəhadətnamənin surəti; ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.   Şəhid ailəsi üzvü olduqda: şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin (doğum haqqında şəhadətnamənin) surəti;   İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:  həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.   Yuxarıda qeyd olunan şərtləri ödədikdə: sosial amilləri təsdiq edən bütün sənədlərin surəti. Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini bir vahid faylda toplayaraq elektron ərizənizə yükləməyiniz tələb olunur.   Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı