İctimaiyyət nümayəndələri sertifikatlaşdırma imtahanlarını izləyib
Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 20-də imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
Mediatur iştirakçılarına məlumat verilib ki, bu gün ilk olaraq ibtidai sinif müəllimləri üçün sertifikatlaşdırma imtahanları keçirilir. 20 000-ə yaxın ibtidai sinif müəllimi 20-23 iyun tarixlərində imtahana cəlb olunacaq. İyunun 24-də isə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi üçün test imtahanları keçiriləcək.
Mediaturda iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir və sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə, bacarıq sərgiləyirlər.
Mətin Kərimli əlavə edib ki, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun maaş artımına və sosial rifahın yüksəlməsinə də imkan yaradır.
Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir. Test imtahanları ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
