Məktəblərdə elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində şagird, valideyn və müəllimlər üçün elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilib.
Maarifləndirici görüşlər Bakı, Sumqayıt və Xırdalan üzrə ümumilikdə 15 məktəbdə təşkil edilib.
Görüşlərdə Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən portal.edu.az, mektebeqebul.edu.az, sy.edu.az dp.edu.az, apply.enic.edu.az, edu.gov.az, e-ttfk.edu.az platformaları haqqında məlumat verilib. Bununla yanaşı, elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüklərindən danışılıb.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
