Nazir müavini Firudin Qurbanov Sumqayıtda sertifikatlaşdırma imtahanlarını izləyib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bölgələrdə təşkil edilən sertifikatlaşdırma imtahanlarının gedişatı ilə tanış olmaq məqsədilə iyunun 22-də Sumqayıt şəhərinə səfər edib.
Nazir müavini Firudin Qurbanov, millət vəkili Müşfiq Məmmədli, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və yerli təhsili idarəetmə qurumlarının rəhbərləri Sumqayıt şəhərində təşkil edilmiş mərkəzdə keçirilən test imtahanlarını izləyiblər.
Qonaqlara məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Sumqayıt şəhərində keçirilən imtahanlara Sumqayıt, Abşeron və Xızıda yerləşən ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar.
İmtahan prosesini izləyən Firudin Qurbanov qeyd edib ki, sertifikatlaşdırma prosesinin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir. Sertifikatlaşdırmanın nəticələri müəlllimlərin karyera inkişafı üçün vacib həlqədir. Nazir müavini bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların seçimi prosesinin müsahibə mərhələsində namizədlərin sertifikatlaşdırma nəticələrinə də baxılacaq.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərini əhatə edir.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
