Lisey və gimnaziyaların VIII sinfinə qəbul imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın VIII sinfinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılırlar.
Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək office@arti.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.
1 il əvvəl
Digər xəbərlər
-
Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
05.07.2024 - 19:00 -
Emin Əmrullayev 4-cü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində
05.07.2024 - 18:00 -
Beynəlxalq Məktəb İdmanı Federasiyasının nümayəndələri ilə görüş keçirilib
05.07.2024 - 14:25 -
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
05.07.2024 - 13:24 -
Firudin Qurbanov "İTi zəka – 2" hakatonunun mükafatlandırma mərasimində iştirak edib
04.07.2024 - 17:10