Avropa Fizika Olimpiadasında uğur qazanan şagirdlərimiz
Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib. 5 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş, 1 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Onlardan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medal, Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov isə həvəsləndirici mükafat qazanıb.
Qeyd edək ki, məktəblilərimiz sözügedən olimpiadada 2018-ci ildən etibarən iştirak edirlər və bu günə kimi 2 gümüş, 9 bürünc medal, 6 həvəsləndirici mükafat əldə ediblər.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
