Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

İyulun 10-da ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.   Tədbirdə cari ildə keçirilən sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar da iştirak ediblər.   Sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirərək təhsildə keyfiyyəti artırmaqdır. Bu prosesin nəticələri peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir.   2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllimin iştirak etdiyini vurğulayan Emin Əmrullayev deyib ki, 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Nazir çıxışında sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqına təsirindən də danışıb. Əlavə edib ki, 2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesinin tətbiqi ilə müəllimlərin orta aylıq əməkhaqqı 20% artaraq 720 manat olub. 2025-2026-cı tədris ili üzrə isə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olacaq.   Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran Emin Əmrullayev media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

Tələbələrin köçürülməsi prosesinə start verilir

2025-2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər. Tələbələrin köçürülməsi ilə bağlı müəyyən edilmiş qaydalar, tələb olunan sənədlər və digər zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: https://e-qanun.az/framework/56513 https://eatda.edu.az/melumatlar/telebelerin-kocurulmesi

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə infotur təşkil olunub

İyulun 9-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi ilə yaxından tanış olmaq məqsədilə ictimaiyyət nümayəndələri üçün infotur təşkil olunub.   İnfoturda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova, nazirlik yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  İnfotur iştirakçıları imtahan mərkəzində yaradılan şəraitlə, namizədlərin qeydiyyatı və imtahana buraxılış prosedurları ilə tanış olublar. İştirakçılar test imtahanlarının gedişini izləyərək şəffaflığın və obyektivliyin praktikada necə tətbiq olunduğunu müşahidə ediblər.   Prosesi izləyən iştirakçılar imtahanların müasir texnologiyalarla təşkili və ictimaiyyətə açıq şəkildə aparılmasının təhsildə şəffaflıq və etimada əsaslanan mühit formalaşdırdığını bildirib və bunu yüksək qiymətləndiriblər.   Daha sonra geniş fikir mübadiləsi şəraitində keçən “dəyirmi masa”da iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, təklif və rəylər səsləndirilib.

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb.   Proqram iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev  “Maarifçi” tələbə-məzun təcrübə proqramının gənclərə real iş mühitində elm və təhsil sahəsindəki proseslərlə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq imkanı yaratdığını və bu təşəbbüsün peşəkarların formalaşmasında mühüm rol oynadığını qeyd edib.    Emin Əmrullayev proqramın bu il ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə ediyini və “Maarifçi” təşəbbüsünün coğrafiyasının genişlənməsinin daha çox gəncin bu imkandan faydalanmasına şərait yaratdığını xüsusi vurğulayıb.    Daha sonra çıxış edən iştirakçılar yaradılan imkanlara görə təşəkkürlərini bildirib, proqramın onların şəxsi və peşəkar inkişafına verəcəyi töhfəni yüksək qiymətləndiriblər.    Görüş zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.   Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Nazir müavini Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb

İyulun 4-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Hasan Umbritin rəhbərlik etdiyi Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə görüşüb. Görüş çərçivəsində Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının heyəti ilə qarşılıqlı maraq doğuran sahələr barədə müzakirə aparılıb.

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb

İyulun 3-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. İmtahanın ilk gününə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 9 201 nəfər namizəd dəvət olunub.    Test imtahanları 3 – 10 iyul tarixlərində ölkə üzrə 44 imtahan mərkəzinidə iki seans olmaqla keçirilir. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə isə 100 ballı qiymətləndirmə sistemi tətbiq ediləcək.    Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual 0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.    Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılır.  Qeyd edək ki, test imtahanında ixtisas üzrə minimum 34, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.   Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.   Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.   Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.   Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.   Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində oldular. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.   Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər.   Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxdılar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.   Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış oldular.   Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.   Sonra prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşdülər.   Prezident İlham Əliyev dedi:   -Xıdırlı kəndinin əziz sakinlərini salamlamaq istəyirəm. Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyə görə sizin adınızdan və bütün keçmiş köçkünlərin adından əziz Qardaşım, Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova minnətdarlığımı bildirmək istəyirəm.   Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq. Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız “Böyük Qayıdış” Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Artıq dediyim kimi, bunun təşəbbüskarı Qırğızıstan Prezidenti olub. Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik. Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik.   Mən dəfələrlə Qırğızıstanda olmuşam. Sadır Nurqojoyeviç dəfələrlə Azərbaycanda olub. Bu, onun Qarabağ bölgəsinə ikinci səfəridir. Bu gün və sabah daha çox birgə tədbirlərimiz olacaq. Bu gün məktəbin açılışını uzun illər işğal altında olan Xıdırlı sakinlərinin - kimisi yataqxanada, kimisi də uşaq bağçası binalarında yaşayan sakinlərin vətənə qayıtmalarının birinci mərhələsinə həsr etdik. Çoxları 2007-ci ilə qədər çadır şəhərciklərində yaşayırdı. Onlar torpaqlarımızın işğal altında olduğu dövrün bütün çətinliklərini yaşayıblar. Amma ruhdan düşmədilər, inanırdılar, bilirdilər ki, biz bu torpaqlara, dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Biz qalib kimi, bu torpaqların sahibləri kimi qayıtdıq və buna görə də burada dağıdılan hər şeyi, - nəinki Ağdam şəhərində, bütün Ağdam rayonunda bir dənə də olsun dağıdılmayan tikili qalmayıb, - bu gün yenidən həyata qaytarırıq.   Sizin hamınızı ürəkdən təbrik edirəm.   Sakinlər: Çox sağ olun. Allah Sizdən razı olsun.   Prezident İlham Əliyev: Belə qardaşlıq hədiyyəsinə görə əziz qardaşım Sadır Nurqojoyeviçə minnətdarlığımı bildirir, Qırğızıstan və Azərbaycan xalqlarına sülh, firavanlıq, inkişaf və əmin-amanlıq arzulayıram. Qırğızıstanın kiçik bir parçası artıq həmişə burada, sevimli Ağdam torpağımızda qalacaq. Təbrik edirəm sizi.   Prezident Sadır Japarov: Hörmətli Xıdırlı kəndinin sakinləri.   Hörmətli bacılar və qardaşlar.   Sizə Qırğızıstan xalqının səmimi salamlarını çatdırır və Azərbaycan xalqına dərin ehtiramımı bildirirəm. Biz indicə Azərbaycanın Xıdırlı kəndində Manas adına orta məktəbi açdıq. Əminəm ki, bu tarixi hadisə mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Arzu edirəm ki, bu məktəbin şagirdləri həmişə ən uğurlu və ən yaxşı olsunlar. Uğurlar.   X X X   Sonra mənzillərin açarlarının təqdimetmə mərasimi keçirildi.   X X X   Sakin: Cənab Prezident İlham Əliyev, bizə yaratdığınız şəraitə görə Sizə xüsusi təşəkkür edirik. Kəndimizi işğaldan azad etdiniz, burada bizim üçün evlər inşa etdirdiniz. Sizə minnətdarıq.   Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.   Kişi sakin: Hörmətli Qırğız Respublikasının Prezidenti, Sizə uzun ömür arzulayıram.   Prezident Sadır Japarov: Mən sizi bir daha yeni evlərinizlə bağlı təbrik edirəm. Sizə xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram. Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun. O, düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb. Bu gün artıq öz evləriniz var. Bir daha təbrik edirəm.   Qadın sakin: Sizi qədim Qarabağ torpağında, Xıdırlı kəndində görməkdən məmnunuq. Hörmətli cənab Prezident Sadır Japarov, bu məktəbin inşasına verdiyiniz töhfəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Səmimi təşəkkürümüzü və hörmətimizi qardaş qırğız xalqına çatdırmağınızı xahiş edirik.   Hörmətli cənab Prezident İlham Heydər oğlu, bu gün Sizi kəndimizdə görməkdən çox şadıq. Biz Sizi çox sevirik. Bizə hədiyyə etdiyiniz bu evlərə görə Sizə təşəkkür edirik. Çox sağ olun.   Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.   https://president.az

“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib

İyulun 2-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2025” tədbiri keçirilib.    Tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.   Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH qruplarının yaradılmasında əsas məqsədin istedadlı, yüksək bilikli və yaradıcı gəncləri bir araya gətirmək, onların bacarıqlarını dəstəkləmək olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, ölkənin gələcəyi məhz yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur. SABAH proqramı isə məhz bu məqsədə xidmət edir.    Sonda nazir müavini SABAH məzunlarına sevdikləri işlə məşğul olmağı, daim öz üzərlərində çalışmağı və ən əsası – dəyərlərimizi qoruyub saxlamağı tövsiyə edib.    Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib.   Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.    Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.   Tədbirdə çıxış edən SABAH Məzunlar Assosiasiyasının sədr müavini Mirgünay Bayramova yeni qurumun fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında danışıb.   Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.    Qeyd edək ki, 2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə  4134 tələbəni və 6842 məzunu əhatə edir.  

Vətəndaş müraciətlərinin statistikası

İyunun 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 31 202 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 17 818-i çağrı mərkəzləri, 7 917-si elektron, 902-si isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 4 565 müraciət qeydə alınıb.    Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisəsinə qəbul, xarici diplomların təsdiqi, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.

Elm və təhsil naziri İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luca Di Gianfrancesco ilə görüşüb.  Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı