Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpoziumun açılışında iştirak edib

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
 

Simpoziumda dövlət rəsmiləri, dini konfessiya nümayəndələri, yerli ali təhsil və tədqiqat müəssisələrinin təmsilçiləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqdan olan nüfuzlu universitet rəhbərlərinin də yer aldığı 40-a yaxın alim və mütəxəssis iştirak edir.
 

Tədbirin açılışında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini və mədəni müxtəlifliyin qorunmasına, eləcə də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınmasına şərait yaradır. 
 

Milli Məclis sədrinin müavini Rafael Hüseynov çıxışında bildirib ki, simpoziumun məqsədi yalnız elmi bilik mübadiləsi aparmaq deyil, həm də mənəvi dəyərlərlə müasir dünyanın tələblərini uzlaşdırmaq, din təhsilinin mahiyyətinə və dövrün reallıqlarına cavab verən modellər formalaşdırmaqdır.
 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov öz çıxışında qeyd edib ki, müasir dünyada dinin rolu təkcə mənəvi dəyərlərin qorunması ilə məhdudlaşmır, həm də cəmiyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Nazir müavini Azərbaycanın zəngin qeyri-maddi mədəni irsinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb. O, Qarabağın işğaldan azad edilməsindən sonra dini abidələrin bərpasına xüsusi önəm verildiyini, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış etdiklərini vurğulayıb. Firudin Qurbanov dini təhsilin müasir çağırışlara uyğun təkmilləşdirilməsinin vacibliyini də qeyd edib.
 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında bildirib ki, müxtəlif dinlərin nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlər Azərbaycanın milli-dini tolerantlığın ən yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri olduğununun bariz nümunəsidir.

Çıxışlardan sonra simpozium işini plenar iclas və panel sessiyalarla davam etdirib. 
 

Qeyd edək ki, iki günlük beynəlxalq simpoziumun əsas məqsədi Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli yollarının müəyyənləşdirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.


22.10.2025 - 14:30