Təkrar sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərlə bağlı məlumat
İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 3338 müəllim iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. 2006 müəllim isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda imtahanda iştirak etməyən 334 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Təkrar sertifikatlaşdırma prosesində iştirak edən 4 nəfərin nəticələri imtahan qaydalarını pozduğu üçün ləğv olunub. Xatırladaq ki, cari ilin əvvəlindən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə ehtiyaclarına uyğun olaraq Təhsil İnstitutu tərəfindən təlimlər, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub. Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 20-23 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən, prosesdə iştirak etməyən, eyni zamanda imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilən müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
01/07/2025 14:41
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 25 iyul tarixində Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 11 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
01/07/2025 10:49
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar iş yerinin dəyişdirilməsi, fəxri adların verilməsi, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
30/06/2025 17:56
Apellyasiya Şurasının növbəti iclası keçirilib
İyunun 30-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının İclasda Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Aqil Allahverdiyevin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Maliyyə və təchizat şöbəsinin baş mühasibi vəzifəsinə namizəd İlhamə İmanovanın şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, hər 2 şikayətin təmin edilməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
30/06/2025 17:40
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) görüş keçirilib. Görüşdə institutun rəhbərliyi və inzibati heyəti də iştirak edib. Görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elmi müəssisə ilə tanışlıq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub. Görüş zamanı müəssisənin innovasiya və rəqəmsal texnologiyalar üzrə prioritet istiqamətləri, həmçinin elm və təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində nazirliyin əməkdaşları binanın tarixi, ümumi infrastrukturu və əsas fəaliyyət istiqamətləri, texnoloji avadanlıqlarla və əməkdaşların iş şəraiti ilə tanış olublar. Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.
30/06/2025 16:08
Məktəblilərimizin beynəlxalq olimpiadada növbəti uğuru
24-29 iyun tarixlərində Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edib. Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Hüseyn Zeynalov və Fərrux Burzu gümüş medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli bürünc medal qazanıblar. Ümumilikdə, 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 5 medal qazanılıb. Qeyd edək ki, qızıl medal qazanan şagirdimiz Fərhad İsgəndər olimpiadada təqdim edilən bütün tapşırıqları həll edərək mümkün 40 baldan maksimum nəticə, yəni 40 bal toplayaraq olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasına layiq görülüb. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.
30/06/2025 14:17
Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar
22–28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər. Komandamız yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib. Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar. Yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib. Qeyd edək ki, olimpiada Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən cari tədris ilində ilk dəfə olaraq keçirilib. Seçim mərhələləri isə yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 tur şəklində təşkil olunub. Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.
28/06/2025 13:00
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti 10 iyul 2025-ci il tarixinədək uzadılır. Foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər https://anket.edu.az/user/225 platforması üzərindən qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur. Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.
25/06/2025 18:00
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar
İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar. Tədbirdə sözügedən olimpiada haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qaliblərinə mükafatlar təqdim olunub. Bildirilib ki, cari ildə keçirilən olimpiadanın final turunda ən yüksək nəticə göstərən 18 iştirakçı qalib adını qazanıb. Qaliblərdən 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb. Qeyd edək ki, IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir. Olimpiada Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilib.
25/06/2025 16:35
Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər
İyunun 25-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib. İnfoturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, bir sıra media qurumlarının rəhbərləri və influenserlər iştirak ediblər. İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesi ilə tanış olub, gedişatı izləyiblər. Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı infotur iştirakçılarına sertifikatlaşdırma prosesi barədə məlumat verilib, sertifikatlaşdırma ilə müəllimlərə özünüqiymətləndirmə və peşəkar inkişaf, fəaliyyətlərinə daha məsuliyyətli yanaşma və şəxsi inkişafın formalaşdırması üçün əhəmiyyətli imkan yaradıldığı qeyd edilib. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev görüş zamanı bildirib ki, məqsəd hər bir müəllimin tədrisə tam yararlı olması, keyfiyyətə zəmanət sisteminin formalaşdırılması və ən əsası şagirdlərə savadlı müəllimlər tərəfindən təhsil verilməsidir. Görüşdə qeyd edilib ki, sertifikatlaşdırma müəllimləri davamlı inkişaf üçün stimullaşdırır. İmtahanda iştirak müəllimləri öz üzərlərində işləməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə və nəticələrini yaxşılaşdırmağa təşviq edir. Bu, təhsilin keyfiyyətinə bilavasitə təsir göstərir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev də öz növbəsində sertifikatlaşdırma prosesinin yaxından izlənilməsi üçün ictimaiyyət nümayəndələrinin dəvət olunmasını təhsil sistemində etimad mühitinin formalaşması üçün mühüm addım kimi qiymətləndirib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli görüş iştirakçılarına imtahanların təşkili barədə ətraflı məlumat verib. Qeyd edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsi olan müsahibə zamanı yalnız ixtisas və metodiki biliklər deyil, tədris prosesini planlaşdırma və idarəetmə bacarıqları da qiymətləndirilir. Bu mərhələ müəllimin real dərs mühiti üçün hazırlıq səviyyəsini ortaya qoyur. Görüşdə sertifikatlaşdırma prosesinin pedaqoji fakültələr üçün əmək bazarının real tələblərinə uyğun müəllim hazırlığına yenidən baxmağa şərait yaratdığı və təlim proqramlarının təkmilləşdirilməsinə əsas verdiyi də diqqətə çatdırılıb. “Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı media qurumlarının rəhbərlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
25/06/2025 16:15
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika
ƏtraflıTələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
Ətraflı