“Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb
Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb.
Seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil edilib. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil” barədə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ICESCO-nun Təhsil Sektorunun rəhbəri Heddi Jatu Seyin moderatorluğu ilə keçirilən panel müzakirəsində Kembric Universitetinin Qlobal İqlim Təhsili üzrə direktoru Kristin Ozdene, Beynəlxalq Bakalavriat (IB) Təşkilatının Baş Təhsil Direktoru Dr. Şehzad Civa, 2024-cü ildə keçirilmiş ICESCO Təhsil Nazirlərinin 3-cü Konfransının İcraiyyə Komitəsinin sədri Əhməd Albanian, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının Azərbaycan üzrə rəhbəri Tofiq Əhmədov iştirak ediblər. Ekspertlər ekoloji şüurun formalaşdırılması və “yaşıl təhsil”in təşviqi istiqamətində təşəbbüslərin sistemli və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayaraq həm milli, həm də beynəlxalq səviyyədə vahid yanaşmanın formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Kembric Universiteti və Beynəlxalq Bakalavriat (IB) Təşkilatının təlimçiləri tərəfindən aparılan iki günlük regional seminarın yekununda iştirakçı ölkələr tərəfindən “yaşıl təhsil”in inkişafı istiqamətində atılacaq növbəti addımlar müəyyənləşdirilərək bu istiqamətdə tövsiyələr hazırlanıb.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikalarının təmsil olunduğu seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində müzakirə aparmaq olub.
22.10.2025 - 09:35
Digər xəbərlər
-
Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb
13.10.2026 - 23:10 -
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12
