Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.
 

Səfər çərçivəsində nümayəndə heyəti universitetin yeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, Qarabağ Universitetinin Klinikası və tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Qonaqlara auditoriyalar, laboratoriyalar və kitabxana nümayiş etdirilib, tədris və elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
 

Daha sonra Qarabağ Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir vurğulayıb ki, Qarabağ Universiteti regionun intellektual və elmi potensialının inkişafında mühüm rol oynayacaq.
 

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar çıxışında Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib. O, həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrin əhəmiyyətini vurğulayıb.
 

Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb.


21.10.2025 - 18:07