Nazir müavini Azərbaycan–Serbiya Hökumətlərarası Komissiyasının 9-cu iclasında çıxış edib
Oktyabrın 23-də Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının 9-cu iclasında elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.
İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Nazir müavini çıxışında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təhsil layihələrinin dəstəklənməsi və ali təhsil müəssisələri arasında akademik əlaqələrin dərinləşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Komissiyanın iclasında həmçinin iki ölkə arasında iqtisadi, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti və potensial imkanları müzakirə olunub.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
23.10.2025 - 17:01
Digər xəbərlər
-
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36
