İdris İsayev Ümumdünya Statistika Günü münasibətilə keçirilən olimpiadanın mükafatlandırma mərasimində iştirak edib
Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü münasibətilə keçirilən statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Tədbirdən əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, gənclər arasında statistikaya marağın artırılması, istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə keçirilən statistik olimpiada xüsusi əhəmiyyətə malikdir.
Tahir Budaqov fəaliyyət sahəsindən asılı olmayaraq rəsmi statistika istehsalı prosesinə töhfə verən hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Dövlət Statistika Komitəsinin təşəbbüsü ilə keçirilən olimpiadanın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür tədbirlər gənclər üçün statistika elmini daha dərindən öyrənmək, eləcə də ölkənin sosial-iqtisadi həyatında baş verən proseslər barədə rəsmi məlumatlar əldə etmək imkanı yaradır.
Statistik olimpiadanın yekunları barədə hesabatla çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, Təşkilat Komitəsinin sədri Yusif Yusifov məlumat verib ki, builki olimpiadada ümumilikdə 3355 nəfər şagird və 198 nəfər tələbə iştirak edib.
Daha sonra final mərhələsinə vəsiqə qazanmış iştirakçılara sertifikat və hədiyyələr, olimpiada qaliblərinə isə diplom və mükafatlar təqdim olunub.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
20.10.2025 - 16:20
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
