Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 22-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.    Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 6 əməkdaşı da var.   Sərəncama əsasən, təhsil nazirinin müavini Firudin Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev “Tərəqqi” medalı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova, İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Mehriban Bağırova, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin baş məsləhətçisi Kəmalə Vəliyeva, Maliyyə şöbəsinin Əməliyyatlar və mühasibat uçotu sektorunun müdiri Bəxtiyar Səmədov "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.   Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 22-də Təhsil İnstitutunun (ARTİ)  təşkilatçılığı ilə VII məktəblilərarası fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərimizin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıb.     Firudin Qurbanov şagirdləri təbrik edərək onlara növbəti müsabiqələrdə uğurlar arzulayıb.   Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması  sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi və nəticələrin təhlilləri barədə məlumat verib.   ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək qaliblərə uğurlar arzulayıb və şagirdlərin gələcək karyeralarında müvəffəqiyyət qazanmaları üçün olimpiadalarda iştirakın əhəmiyyətini qeyd edib.   Tədbirdə müsabiqə haqqında hazırlanan videoçarx və müxtəlif musiqi nömrələri təqdim olunub.   Sonda müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.    Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələrinin qalibləri növbəti tədris ilindən etibarən müvafiq fənlər üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Lənkəran məktəblilərinin yay festivalı keçiriləcək

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə"Lənkəran məktəblilərinin yay festivalı" keçiriləcək.    Festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil ediləcək.    Festivalda 700-dən çox şagird, 100-dən çox valideyn və müəllimin, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalılarının, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.    Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçiriləcək, fənlər üzrə nümunəvi dərslər tədris ediləcək, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Eyni zamanda, şagirdlərə ixtisas seçimi və peşə bacarıqlarının aşılanması istiqamətində maarifləndirici tədbirlər həyata keçiriləcək, rəsm və kitab sərgisi nümayiş etdiriləcək.    Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı nəzərdə tutulub.

Təhsil nazirinin müavini Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru ilə görüşüb

İyunun 22-də təhsil nazirinin müavini Muxtar Məmmədov Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata ilə görüşüb.   Görüşdə ali təhsil müəssisələrində fransız dili ixtisası üzrə tədrisin təşkilinə fransız müəllimlərin cəlb edilməsi, ümumi təhsil və ali təhsil müəssisələrində fransız dili tədris edən müəllimlərin fransız dili təlimlərində iştirak imkanları, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq  ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sözügedən Qaydanın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən elan ediləcək.  Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra  müvafiq təlim kurslarına cəlb olunacaq.  

“Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” keçiriləcək

11 – 16 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Quba rayonunda “Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” təşkil edəcək.   Yay məktəbinin keçirilməsinin əsas məqsədi tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.   Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar; Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqlarına sahib gənclər.   Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin (digər xarici dilləri bilmək üstünlükdür) olması arzuolunandır.   Yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin, düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.   Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.   Qeydiyyat linki: https://forms.gle/AjNQm8kc9nNaBgU78   Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 3 iyul 2022-ci il müəyyənləşdirilib.   Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.   Ətraflı məlumat: https://bit.ly/39CR15H   Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School)

Təhsil nazirinin Mingəçevirdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Təhsil naziri Emin Əmrullayevin 24 iyun 2022-ci il tarixində Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 28-də keçiriləcək.    Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək. Vətəndaşlar qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.    Qeyd edək ki, qəbulda Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin də iştirakı nəzərdə tutulub. 

SABAH qruplarına müəllim seçimi davam edir

Təhsil Nazirliyinin SABAH qruplarında 2022-2023–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunur.    Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.   Qeyd edilən tələblərə cavab verən namizədlər 24 iyun saat 00:00-dək müraciət edə bilərlər.    Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplarinda-bakalavr-20222023ci-tedris-ilinin-payiz-semestrinde-muxtelif-fenlerin-tedrisini-aparmaq-meqsedile-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qaydada-ise-devet-olunu) daxil olaraq əldə edə bilərsiniz.

Azərbaycanda “İT-Akademiya” fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinə start verilir.   2022-ci ilin avqust ayında başlayacaq layihə “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.   Təhsil xərclərinin əsas hissəsi layihənin təşkilatçıları və tərəfdaşları tərəfindən ödəniləcək. Bu isə təhsil alanların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır.   Layihədə 25 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Namizədlər alqoritmik təfəkkür üzrə test verməlidir. Birinci mərhələdən uğurla keçənlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələnin nəticələrinə əsasən 300 namizəd “İT-Akademiya”nın tələbəsi olacaq.   Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindəndır. Rəqəmsal iqtisadiyyatın potensialından daha çox istifadə etmək bacarığı böyük rəqabət üstünlüyü yaradır. Bu sahədə insan kapitalının inkişafı xüsusilə önəmlidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır.   “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri üzrə lazımi biliklər əldə edəcəklər.   Dərslər iki mərhələ üzrə - 2022-ci ilin avqust və noyabr aylarında keçiriləcək. Tədris onlayn və əyani rejimdə olmaqla 5 ay davam edəcək. Kursları müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək. Tədris prosesində tələbələr peşəkar təcrübə və real məsələlərin həllində praktiki bacarıqlar əldə edəcəkllər. Əmək bazarında bu sahəyə artan tələbat fonunda “İT-Akademiya”nın məzunları asanlıqla iş tapa biləcəklər.   “İT-Akademiya”da təhsil almaq istəyənlər keçiddən istifadə etməklə qeydiyyatdan keçməlidir.   

146-Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətləri

Təhsil Nazirliyinin 146 - Çağrı Mərkəzi yeni fəaliyyət istiqamətlərini vətəndaşların istifadəsinə təqdim edir.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı