Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Lənkəran məktəblilərinin yay festivalı keçiriləcək
İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə"Lənkəran məktəblilərinin yay festivalı" keçiriləcək.
Festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil ediləcək.
Festivalda 700-dən çox şagird, 100-dən çox valideyn və müəllimin, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalılarının, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlərin iştirakı nəzərdə tutulub.
Festivalda “Yay məktəbi” çərçivəsində bilik yarışmaları, futbol oyunları keçiriləcək, fənlər üzrə nümunəvi dərslər tədris ediləcək, həmçinin peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Eyni zamanda, şagirdlərə ixtisas seçimi və peşə bacarıqlarının aşılanması istiqamətində maarifləndirici tədbirlər həyata keçiriləcək, rəsm və kitab sərgisi nümayiş etdiriləcək.
Tədbirin bədii hissəsində tamaşa və konsert proqramı nəzərdə tutulub.
22.06.2022 - 16:45
Digər xəbərlər
-
Sumqayıt Dövlət Universitetində Məzun Günü keçirilib
29.06.2022 - 20:00 -
Avropa çempionatından 3 qızıl medal
29.06.2022 - 15:25 -
"Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib
29.06.2022 - 14:20 -
Beynəlxalq turnirdən yüksək nəticə
29.06.2022 - 10:30 -
Xaricdə təhsil üzrə müsahibələr davam edir
29.06.2022 - 10:00