Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib
İyunun 22-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 6 əməkdaşı da var.
Sərəncama əsasən, təhsil nazirinin müavini Firudin Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev “Tərəqqi” medalı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova, İnsan resursları şöbəsinin aparıcı məsləhətçisi Mehriban Bağırova, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin baş məsləhətçisi Kəmalə Vəliyeva, Maliyyə şöbəsinin Əməliyyatlar və mühasibat uçotu sektorunun müdiri Bəxtiyar Səmədov "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.
23.06.2022 - 10:15
Digər xəbərlər
-
Sumqayıt Dövlət Universitetində Məzun Günü keçirilib
29.06.2022 - 20:00 -
Avropa çempionatından 3 qızıl medal
29.06.2022 - 15:25 -
"Alqoritmika - rəqəmsal bacarıqların inkişafı" layihəsinin məzunları təltif edilib
29.06.2022 - 14:20 -
Beynəlxalq turnirdən yüksək nəticə
29.06.2022 - 10:30 -
Xaricdə təhsil üzrə müsahibələr davam edir
29.06.2022 - 10:00