Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru ilə görüşüb

İyunun 22-də təhsil nazirinin müavini Muxtar Məmmədov Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Mohamed Ketata ilə görüşüb.

 

Görüşdə ali təhsil müəssisələrində fransız dili ixtisası üzrə tədrisin təşkilinə fransız müəllimlərin cəlb edilməsi, ümumi təhsil və ali təhsil müəssisələrində fransız dili tədris edən müəllimlərin fransız dili təlimlərində iştirak imkanları, birgə tədqiqat işləri və pilot layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.


3 il əvvəl