“Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” keçiriləcək
11 – 16 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi Quba rayonunda “Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” təşkil edəcək.
Yay məktəbinin keçirilməsinin əsas məqsədi tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.
Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:
- Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri;
- Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar;
- Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqlarına sahib gənclər.
Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyətinin (digər xarici dilləri bilmək üstünlükdür) olması arzuolunandır.
Yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin, düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.
Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.
Qeydiyyat linki: https://forms.gle/AjNQm8kc9nNaBgU78
Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 3 iyul 2022-ci il müəyyənləşdirilib.
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.
Ətraflı məlumat: https://bit.ly/39CR15H
Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School)
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29 -
Nazir müavini Azərbaycan nümayəndə heyətinin tərkibində Suriya Ərəb Respublikasında səfərdə olub
05.05.2025 - 10:51 -
“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir
02.05.2025 - 16:47 -
Vətəndaş müraciətlərinin statistikası
02.05.2025 - 15:11