Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlər üçün beynəlxalq onlayn yay məktəbi

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn düşərgə təşkil olunacaq. Düşərgəyə dünyanın hər yerindən olan 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər. İştirakçı sayında məhdudiyyət olduğu üçün ilk müraciət edən şagirdlər yay məktəbinə qoşulmaq imkanı əldə edəcəklər. 19 iyul - 27 avqust tarixlərində baş tutacaq yay məktəbi riyaziyyat, proqramlaşdırma, 3D dizayn və digər əlaqəli sahələrdə interaktiv fəaliyyətlər əsasında formalaşdırılan proqramı əhatə edir. Bu fürsətdən istifadə etmək istəyən şagirdlər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər.  Yay düşərgəsinə qoşulan azərbaycanlı məktəblilər üçün iştirak pulsuzdur. Müraciət edən məktəblilər “Let’s MOD” platformasına daxil olaraq həftədə 3 dəfə olmaqla 6 həftəlik müddəti əhatə edən təməl proqramlaşdırma, süni intellekt, həmçinin riyazi düşüncə əsaslı yanaşmalarla tanış olacaqlar. Proqram çərçivəsində şagirdlər eyni zamanda 3D oyunlar, animasiyalar və simulyasiyalarla tanış olaraq riyaziyyat və kompyuter elmləri sahələrində müxtəlif biliklərə yiyələnəcəklər. Proqramın sonunda “Metaverse”, “Blockchain”, “NFT” anlayışları ilə tanış olan şagirdlər tədris edilən proqrama əsasən yekun layihə təqdim edərək məzun olacaqlar.   Proqram ingilis dilindədir. Bu baxımdan şagirdin ingilis dili biliyinin olması arzuolunandır.  Yay məktəbinə qoşulmaq istəyən şagirdlər https://forms.gle/cExvancBeUVJYNPe8 müraciət formunu 18 iyul tarixindən gec olmayaraq doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, “Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır. (https://letsmod.com) “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

Özbəkistanda magistratura təhsili almaq istəyənlərin nəzərinə!

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 iyul 2022-ci il nəzərdə tutulub. Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğurla çıxış edib

28 iyun – 3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.   Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki , Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Saleh Məmmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Səid Bəkirov gümüş,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi İbrahim Kərimli, Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Telman Məmmədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi Mirhəbib Əsgərov bürünc medal qazanıb.    Qeyd edək ki, şagirdlərimiz Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında 2010-cu ildən iştirak edir.  Bu günə kimi 3 qızıl, 21 gümüş, 25 bürünc olmaqla,  ümumilikdə 49 medal əldə edilib.

149 nəfər Macarıstanda təhsil almaq hüququ qazanıb

2022-2023-cü tədris ili üzrə 149 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.   Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın və seçim barədə Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsi olaraq  8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.   Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “Budapest Business School - University of Applied Sciences” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.    Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə  elan 15 noyabr 2021-ci il tarixində yayımlanıb. 

Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Avropa çempionu olub

27 iyun - 3 iyul 2022-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində güləş idman növü üzrə gənclər arasında U-20 Avropa çempionatı keçirilib.    Qadın güləşi üzrə Azərbaycan yığma komandasının  tərkibində yarışa qatılan Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Elnurə Məmmədova (55 kq), Birgül Sultanova (62 kq) qızıl, Mərziyyə Sadıqova (72 kq)  bürünc medal qazanıb.   Çempionatda 6 nəfər idmançı ilə təmsil olunan qadınlardan ibarət  Azərbaycan milli yiğma komandası 2 qızıl, 2 bürünc medalla komanda hesabında və medal əyarına görə rekord nəticə əldə edib.   Qalib idmançıları təbrik edir, yeni uğurlar arzulayırıq!

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Məzun günü” keçirilib.    “Məzun günü” Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.   Tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitetin qazandığı uğurlardan, builki məzunların nəticələrindən danışıb. Bildirib ki, cari tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirir. SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Bakalavr tələbələrdən 5-i, magistr tələbələrdən 7-si fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya, Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov da öz növbəsində məzunları təbrik edib, peşəkar karyeralarında onlara uğurlar arzulayıb.   Sonra AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirən məzunlara fərqlənmə diplomları təqdim edilib.   Çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, millət vəkilləri Jalə Əhmədova və Aydın Mirzəzadə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, birinci müavini Akif Abdullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Memarlar İttifaqı İdarə Heyətinin katibi Rüfət Ağazadə də məzunları təbrik ediblər. Qonaqlar universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunları təltif ediblər.   Tədbir konsert proqramı ilə başa çatıb.  

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil almaq hüququ qazananlar müəyyənləşib

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 149 nəfər Azərbaycan vətəndaşı 2022-2023-cü tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.    Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  149 nəfər, o cümlədən 8 nəfər PhD (istənilən maraq dairəsində), 130 nəfər magistratura, 11 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “Budapest Business School - University of Applied Sciences” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.    Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 15.11.2021-ci il tarixində elan verilib. 

Nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb

İyunun 30-da təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə səfərdə olan Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb.   Nazir müavini çıxışında ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi üçün görülən işlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlər, təhsilin ayrı-ayrı sahələrinin inkişafı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı yerinə yetirilən tədbirlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, bu sahədə əldə olunan uğurlardan bəhs edib. Firudin Qurbanov həmçinin torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunu vurğulayıb və Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusi şəkildə qeyd edib.   Nazir müavini Azərbaycanda təhsil sistemində təhsilverənlərin və təhsilalanların hər birinin hüquqlarının qorunmasına böyük önəm verildiyini bildirib. Firudin Qurbanov müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin stimullaşdırılması istiqamətində atılan ardıcıl addımları qeyd edərək bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini önə çəkib.    Çıxışında nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının XIV Forumunun Bakıda keçirilməsini yüksək dəyərləndirib.   Tədbirin sonunda nazir müavini qonaqların suallarını cavablandırıb.

ADA Universitetində “Məzun günü” keçirilib

İyulun 1-də ADA Universitetində “Məzun günü” keçirilib.   Tədbir universitetdə təhsil alan əcnəbi tələbələrin təmsil etdikləri dövlətlərin bayraqlarını səhnəyə gətirməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.   Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, yarandığı ilk gündən indiyədək ADA Universiteti haqlı olaraq ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Universitetin tarixi o qədər böyük olmasa da, əlamətdar hadisələr və parlaq nailiyyətlər ilə zəngindir.    ADA Universitetinin rektoru Hafiz Paşayev məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.    Qeyd olunub ki, 2021-2022-ci tədris ilində ADA Universitetində 7 bakalavr və 7 magistr ixtisası üzrə 471 tələbə məzun olur. Həmin məzunlardan 305-i bakalavr, 166-sı isə magistr proqramlarını təmsil edir. Onların arasında bu il Azərbaycandan başqa 10 müxtəlif ölkəni təmsil edən 15 tələbə məzun olur. Həmin ölkələr sırasına ABŞ, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Maldiv adaları, Nigeriya, Rusiya Federasiyası, Sudan, Zimbabve daxildir.   Mərasimdə məzunlar adından Aytən Süleymanova və Elnur Məmmədov çıxış edərək ADA-dakı tələbə həyatının yaddaqalan anlarını bölüşüblər.   Tədbir iştirakçıları ABŞ-ın Corc Vaşinqton Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak tərəfindən məzunlara ünvanlanan videomüraciəti dinləyiblər.   Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dekanları Vasili Tkaçev və İqor Turuyev də məzunların sevincini bölüşüblər.    AZƏRTAC

“Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb

"Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.    Birincilik Təhsil və Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.    Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində təşkilatçı qurumların rəsmiləri və digər rəhbər şəxslər, həmçinin 60 nəfər şəhid övladı iştirak edib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.  Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub.   Tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.   Bildirilib ki, “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyi rayon, zona və final mərhələləri daxil olmaqla 3 ay davam edib. Ümumrespublika birinciliyinin final mərhələsində iştirak edən 15 komanda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Yarışın nəticələrinə əsasən final mərhələsində Bakı şəhəri 31 nömrəli orta məktəb I, Sumqayıt şəhər 43 nömrəli orta məktəb II, Gəncə şəhər 14 nömrəli orta məktəbin komandası III yerlərə layiq görülüb.   Sonda qaliblərə hədiyyələr təqdim olunub.  

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı