Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Məzun günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Məzun günü” keçirilib. 

 

“Məzun günü” Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

 

Tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitetin qazandığı uğurlardan, builki məzunların nəticələrindən danışıb. Bildirib ki, cari tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 1596, magistratura səviyyəsində 42 ixtisaslaşma üzrə 312 tələbə olmaqla cəmi 1908 gənc bitirir. SABAH qruplarında inşaat mühəndisliyi ixtisasında təhsil alan 15 tələbə də bu siyahıda yer alır. Bakalavr tələbələrdən 5-i, magistr tələbələrdən 7-si fərqlənmə diplomuna layiq görülüb. Universitetin nəzdində olan İnşaat Kollecinin məzunlarından 9-u təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İraq, İran, Qazaxıstan, Suriya, Rusiya və Gürcüstandan 72 bakalavr, 4 magistr məzun var.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov da öz növbəsində məzunları təbrik edib, peşəkar karyeralarında onlara uğurlar arzulayıb.

 

Sonra AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirən məzunlara fərqlənmə diplomları təqdim edilib.

 

Çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, millət vəkilləri Jalə Əhmədova və Aydın Mirzəzadə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud, birinci müavini Akif Abdullayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Memarlar İttifaqı İdarə Heyətinin katibi Rüfət Ağazadə də məzunları təbrik ediblər. Qonaqlar universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunları təltif ediblər.

 

Tədbir konsert proqramı ilə başa çatıb.
 


3 il əvvəl