Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlər üçün beynəlxalq onlayn yay məktəbi

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Mars Academy”nin dəstəyi ilə şagirdlər üçün beynəlxalq onlayn düşərgə təşkil olunacaq.

Düşərgəyə dünyanın hər yerindən olan 8-16 yaş qrupuna aid məktəblilər qoşula bilərlər. İştirakçı sayında məhdudiyyət olduğu üçün ilk müraciət edən şagirdlər yay məktəbinə qoşulmaq imkanı əldə edəcəklər.

19 iyul - 27 avqust tarixlərində baş tutacaq yay məktəbi riyaziyyat, proqramlaşdırma, 3D dizayn və digər əlaqəli sahələrdə interaktiv fəaliyyətlər əsasında formalaşdırılan proqramı əhatə edir. Bu fürsətdən istifadə etmək istəyən şagirdlər qeydiyyatdan keçərək proqrama qoşula bilərlər. 

Yay düşərgəsinə qoşulan azərbaycanlı məktəblilər üçün iştirak pulsuzdur. Müraciət edən məktəblilər “Let’s MOD” platformasına daxil olaraq həftədə 3 dəfə olmaqla 6 həftəlik müddəti əhatə edən təməl proqramlaşdırma, süni intellekt, həmçinin riyazi düşüncə əsaslı yanaşmalarla tanış olacaqlar. Proqram çərçivəsində şagirdlər eyni zamanda 3D oyunlar, animasiyalar və simulyasiyalarla tanış olaraq riyaziyyat və kompyuter elmləri sahələrində müxtəlif biliklərə yiyələnəcəklər. Proqramın sonunda “Metaverse”, “Blockchain”, “NFT” anlayışları ilə tanış olan şagirdlər tədris edilən proqrama əsasən yekun layihə təqdim edərək məzun olacaqlar.

 

Proqram ingilis dilindədir. Bu baxımdan şagirdin ingilis dili biliyinin olması arzuolunandır. 

Yay məktəbinə qoşulmaq istəyən şagirdlər https://forms.gle/cExvancBeUVJYNPe8 müraciət formunu 18 iyul tarixindən gec olmayaraq doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, “Let’s MOD“ platforması cari ildən etibarən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platformasının yeni adıdır.


(https://letsmod.com) “Let’s MOD” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.


3 il əvvəl