Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb

"Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. 

 

Birincilik Təhsil və Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib. 

 

Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimində təşkilatçı qurumların rəsmiləri və digər rəhbər şəxslər, həmçinin 60 nəfər şəhid övladı iştirak edib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 


Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

 

Bildirilib ki, “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika birinciliyi rayon, zona və final mərhələləri daxil olmaqla 3 ay davam edib. Ümumrespublika birinciliyinin final mərhələsində iştirak edən 15 komanda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.


Yarışın nəticələrinə əsasən final mərhələsində Bakı şəhəri 31 nömrəli orta məktəb I, Sumqayıt şəhər 43 nömrəli orta məktəb II, Gəncə şəhər 14 nömrəli orta məktəbin komandası III yerlərə layiq görülüb.

 

Sonda qaliblərə hədiyyələr təqdim olunub.
 


3 il əvvəl