Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

ADA Universitetində “Məzun günü” keçirilib

İyulun 1-də ADA Universitetində “Məzun günü” keçirilib.

 

Tədbir universitetdə təhsil alan əcnəbi tələbələrin təmsil etdikləri dövlətlərin bayraqlarını səhnəyə gətirməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, yarandığı ilk gündən indiyədək ADA Universiteti haqlı olaraq ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Universitetin tarixi o qədər böyük olmasa da, əlamətdar hadisələr və parlaq nailiyyətlər ilə zəngindir. 

 

ADA Universitetinin rektoru Hafiz Paşayev məzunları təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

 

Qeyd olunub ki, 2021-2022-ci tədris ilində ADA Universitetində 7 bakalavr və 7 magistr ixtisası üzrə 471 tələbə məzun olur. Həmin məzunlardan 305-i bakalavr, 166-sı isə magistr proqramlarını təmsil edir.


Onların arasında bu il Azərbaycandan başqa 10 müxtəlif ölkəni təmsil edən 15 tələbə məzun olur. Həmin ölkələr sırasına ABŞ, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Maldiv adaları, Nigeriya, Rusiya Federasiyası, Sudan, Zimbabve daxildir.

 

Mərasimdə məzunlar adından Aytən Süleymanova və Elnur Məmmədov çıxış edərək ADA-dakı tələbə həyatının yaddaqalan anlarını bölüşüblər.

 

Tədbir iştirakçıları ABŞ-ın Corc Vaşinqton Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak tərəfindən məzunlara ünvanlanan videomüraciəti dinləyiblər.

 

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dekanları Vasili Tkaçev və İqor Turuyev də məzunların sevincini bölüşüblər. 

 

AZƏRTAC


3 il əvvəl