Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"SABAHın məzunu - 2022" mərasimi keçirilib

İyulun 7-də Heydər Əliyev Mərkəzində “SABAHın məzunu - 2022” mərasimi keçirilib.   Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak edib.   Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.    Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev SABAH qruplarının məqsədindən söz açıb. 2014-cü ildə Təhsil Nazirliyinin innovativ təşəbbüsü olaraq fəaliyyətə başlayan SABAH-ın əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.    Emin Əmrullayev bu gün məzun olan SABAH tələbələrinin böyük əksəriyyətinin peşə fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini ifadə edib.    Məzunlara öz tövsiyələrini çatdıran Emin Əmrullayev bu ilədək ümumilikdə 3800-dək SABAH məzunu olduğunu diqqətə çatdırıb, onlara yaradılan imkanlardan danışıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərə yaradılan imkanları vurğulayan nazir SABAH məzunlarına bu proqram çərçivəsində magistratura təhsilindən yararlanmağı tövsiyə edib.    Nazir çıxışının sonunda məzunları və onların valideynlərini təbrik edib, uğurlar arzulayıb.    Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.   Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.    Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.    Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə SABAH qruplarının məzunlarının sayı 830 nəfərdir.

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.    Nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.    Valideynlər 15 iyul tarixinədək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.    Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.  

Təhsil naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 6-da təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycandakı missiyası bitməkdə olan səfiri Viktor Szederkenyi ilə görüşüb. Nazir ölkəmizdə olduğu müddətdə iki ölkə arasında təhsil əlaqələrinin dərinləşməsinə, Azərbaycan və Macarıstan ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın qurulmasına verdiyi töhfəyə görə səfir Szederkenyiə təşəkkürünü bildirib. Emin Əmrullayev 2022-2023-cü tədris ili üzrə Macarıstan dövləti tərəfindən 149 nəfər Azərbaycan Respublikası vətəndaşına təhsil təqaüdünün ayrılmasını yüksək qiymətləndirib.

UNICEF-in Qlobal İllik Nəticələr Hesabatında ölkəmizin müsbət təcrübəsi qeyd olunub

UNICEF tərəfindən 2021-ci ildə dünya təhsil sistemində baş verən yeniliklərə dair qlobal illik nəticələr hesabatı dərc olunub. Hesabatda ölkəmizin təhsil sahəsinin bir sıra istiqamətləri üzrə əldə etdikləri nailiyyətlər qeyd olunub.  Belə ki, Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən məktəbəqədər hazırlıq proqramının 5 yaşlıların 90 faizini əhatə etməsi sənəddə xüsusi şəkildə vurğulanıb. Eyni zamanda, ölkəmizin ucqar ərazilərində icra olunan icma əsaslı məktəbəqədər təhsilin inkişafına yönəlik layihənin miqyasının genişlənməsi nəticəsində 55 şəhər və rayonda 695 icma mərkəzi üzrə 850 icma əsaslı məktəbəqədər təhsil qrupunun yaradılması müsbət təcrübə kimi təqdim olunub. Hazırda bu qruplarda 16041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb olunub.   Hesabatda həmçinin Təhsil Nazirliyi və UNICEF arasında əməkdaşlıq çərçivəsində münaqişədən zərər çəkmiş 9 regionda məktəb əsaslı psixoloji sağlamlıq və psixososial dəstək layihəsinin həyata keçirilməsi yüksək qiymətləndirilib. Bu çərçivədə uşaq və yeniyetmələrin sosial və emosional öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün 4050 müəllimə təlimlərin təşkil olunduğu qeyd edilib. Ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

Müəllimlərin işə qəbulu üzrə test imtahanlarına başlanılır

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.   Test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.

2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu davam edir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu prosesi davam edir. Son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib.   Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.   Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Vətəndaşların nəzərinə!

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır.  Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur.   

Özbəkistanda magistratura təhsili üçün az vaxt qaldı!

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün elan edilən təqaüd proqramına sənəd qəbulu davam edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 iyul 2022-ci il nəzərdə tutulub.   Təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.   Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Siyasi elmlər və diplomatiya üzrə yay məktəbinə qeydiyyatın son günü

11 – 16 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi” təşkil edəcək.  Yay məktəbinin keçirilməsinin əsas məqsədi tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.   Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə siyasi elmə marağın artırılmasına hədəflənən yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:  Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, siyasi elmlər, politologiya və regionşünaslıq ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; Yuxarıda qeyd olunan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son iki ildə məzun olmuş gənc peşəkarlar;  Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə bacarığı, komanda işi, şəxsi səmərəlilik, düzgün qərarlar qəbul etmək bacarıqların sahib gənclər;  Yay məktəbinin bir çox sessiyaları ingilis dilində nəzərdə tutulduğundan, ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti (Digər dilləri bilmək üstünlükdür). Yay məktəbi zamanı yüksək ixtisaslı müəllimlər və mütəxəssislər tərəfindən təşkil olunacaq mühazirələrin yer alması, habelə siyasi müstəvidə müxtəlif mövzular üzrə debatların təşkili nəzərdə tutulur. Həmçinin, düşərgədə iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli istifadəsi məqsədilə müxtəlif idman və bilik yarışların keçirilməsi planlaşdırılır.  Yay məktəbində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur:   https://forms.gle/AjNQm8kc9nNaBgU78 Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi: 5 iyul 2022-ci il  Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və ya müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Yay məktəbinin proqramı haqqında daha ətraflı məlumat seçilən iştirakçılara təqdim olunacaq.    Əlaqə: apply@konullu.edu.az (Subject: Summer School)    Qeyd: Təlimlər ingilis və azərbaycan dillərində keçiriləcək.    

VII Avropa Coğrafiya Olimpiadasında qazanılan uğur

Serbiyanın paytaxtı Belqrad şəhərində onlayn keçirilən VII Avropa Coğrafiya Olimpiadasından növbəti uğur əldə edilib.     Belə ki, 11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb.    Sözügedən olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya üçüncü dəfədir ki qatılıb. Bu günədək sözügedən müsabiqədə 3 bürünc medal əldə edilib.    Qeyd edək ki, olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı