Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb

İyunun 30-da təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə səfərdə olan Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin üzvləri ilə görüşüb.

 

Nazir müavini çıxışında ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi üçün görülən işlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlər, təhsilin ayrı-ayrı sahələrinin inkişafı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı yerinə yetirilən tədbirlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, bu sahədə əldə olunan uğurlardan bəhs edib. Firudin Qurbanov həmçinin torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunu vurğulayıb və Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusi şəkildə qeyd edib.

 

Nazir müavini Azərbaycanda təhsil sistemində təhsilverənlərin və təhsilalanların hər birinin hüquqlarının qorunmasına böyük önəm verildiyini bildirib. Firudin Qurbanov müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin stimullaşdırılması istiqamətində atılan ardıcıl addımları qeyd edərək bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini önə çəkib. 

 

Çıxışında nazir müavini Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının XIV Forumunun Bakıda keçirilməsini yüksək dəyərləndirib.

 

Tədbirin sonunda nazir müavini qonaqların suallarını cavablandırıb.


3 il əvvəl