• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində fevralın 21-də Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirilib.  Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə olunub, əlaqələrin inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə müvafiq olaraq Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib.  Daha sonra təhsil sahəsində mövcud hüquqi bazanın gücləndirilməsi və bir sıra istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.  Görüşün yekununda mətbuat üçün birgə brifinq keçirilib. Təhsil naziri Emin Əmrullayev həmçinin Gürcüstanın Marneuli bölgəsində fəaliyyət göstərən Azərbaycanlıların İnteqrasiya Mərkəzini ziyarət edib.  Sonra SOCAR-ın dəstəyi ilə Marneuli Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərlə tanış olub və Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Tsalka, Tetritçkaro bölgələrində fəaliyyət göstərən Azərbaycan dilində tədris aparılan məktəb direktorları və müəllimlərlə görüşüb.  

Uşaq-gənclər idman məktəblərinin yetirmələri beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib.  15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. Yeniyetmələrdən ibarət milli yığma komandanın tərkibində çıxış edən Təhsil Nazirliyinin 1 nömrəli  idman liseyinin idmançıları Məhəmməd Məmişov (50 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev (66 kq), Süleyman Əliyev (73 kq) I yer, Əli Hacızadə (73 kq), Ramazan Əhmədov (+90 kq) II yer, Məhəmməd Paşayev  (90 kq) III yer, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Məhəmməd Musayev (55 kq) I yer, Xanəhməd Şərifov (55 kq) III yer, qızların mübarizəsində Xumar Qasımzadə (44 kq) II yer tutub.  

“Elektron jurnal ” layihəsinin tətbiqi genişləndirilir

Pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşması məqsədilə bu istiqamətdə bir sıra təlimlər həyata keçirilib.    Elektron jurnal və gündəlik platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi və şagird bölməsi ilə iş mövzularını əhatə edən təlimlərə 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları qatılıb.  Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən ölkənin seçilmiş təhsil müəssisələrində “e-Jurnal” layihəsinin tətbiqi prosesinə başlanılıb.  Hazırda Bakı, Sumqayıt və 11 bölgəni əhatə edən 204 təhsil müəssisəsində elektron jurnal və gündəlik layihəsi tətbiq olunur. 

Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.  Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə birgə Tbilisidəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Təhsil nazirini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili və digər rəsmi şəxslər müşayiət ediblər. Daha sonra təhsil naziri Emin Əmrullayev M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib, M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə məlumatlarla tanış olub. Emin Əmrullayev səfər çərçivəsində Tbilisidəki Qəhrəmanlar Meydanını da ziyarət edib, xatirə memorialı önünə əklil qoyub, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan insanların xatirəsini ehtiramla yad edib. Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.  Təhsil naziri Emin Əmrullayev Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında yaxşı əməkdaşlıq münasibətlərinin olduğunu deyib. Nazir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafı digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır.   Emin Əmrullayev bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin daha da inkişafında maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də bununla bağlı fikir mübadiləsi aparmaqdır. Rektor Giorgi Şarvaşidze öz növbəsində rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Azərbaycanın Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb. Qeyd edək ki, təhsil nazirinin Gürcüstan səfəri 23 fevralda başa çatacaq. 

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi olmaq istəyənlərin nəzərinə!

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.    Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 24 fevral 2022-ci il tarixinədək tələb olunan sənədləri info@dim.gov.az  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.  Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.  

Təhsil naziri Gürcüstanda rəsmi səfərdədir

Fevralın 20-də təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfər edib. Səfər çərçivəsində Emin Əmrullayev ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidə ucaldılan abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək.  Təhsil naziri həmçinin Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək, Gürcüstanın tədris Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək. Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub. Səfər fevralın 23-də başa çatacaq.     AZƏRTAC

“Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində şagirdlərə təlim dərsi keçirilib

Fevralın 18-də Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü çərçivəsində Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə “Hitachi Hightech” şirkəti tərəfindən Kimya-Biologiya təmayüllü Respublika Liseyində təbiət elmləri təlim dərsi keçirilib. Tədbirdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və Kimya-Biologiya təmayüllü Respublika Liseyinin direktoru Kamran Rəhimov açılış nitqi ilə çıxış edib. Təlimdə liseyin 7A və 7B sinif şagirdləri olmaqla, ümumilikdə 60 nəfər iştirak edib. Virtual təlim zamanı şagirdlərə “Hitachi Hightech” şirkətinə məxsus 100 min dəfəyədək böyütmə gücü olan elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər göstərilib, mikroskopun iş prinsipi izah edilib, şagirdlərə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxmaq imkanı verilib.

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

“Rəqəmsal bacarıqlar” layihəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Layihənin 2022-2023-cü tədris ilində həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsi məqsədilə məktəb direktorları ilə görüşlər keçirilir. Görüşlərin əsas müzakirə mövzusu yeni siniflərin əlavə edilməsi, layihə çərçivəsində X sinif şagirdləri üçün ixtisaslaşdırılmış İT siniflərinin açılması, həmçinin hazırda layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlərin aparılması, informatika kabinetlərindəki infrastrukturun qiymətləndirilməsidir. Yeni tədris ilində layihənin əlavə olaraq 150-dən çox yeni məktəbi əhatə edəcəyi və yeni regionlar üzrə coğrafi baxımdan iki dəfə genişləndirilməsi planlaşdırılır. Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranda ümumilikdə 190 mindən çox şagirdi əhatə edir. 2017-2018-ci tədris ilindən start götürən layihənin məqsədi şagirdlərə alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.

Uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Azərbaycan çempionu olub

4-18 fevral 2022-ci il tarixlərində Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən kişilər arasında şahmat idman növü üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən beynəlxalq əmsalı 2300-dən yuxarı olan, 2022-ci il üçün Naxçıvan Muxtar Respublikasının çempionatında I-III yerlərin tutmuş  idmançılardan ibarət  24 şahmatçı qatılıb. Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları  uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı qızıl medal qazınıb. Çempionatda 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aydın Süleymanlı isə yarışı IV yerdə başa vurub. Qeyd edək ki, yarışda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatında iştirak edəcək.

Növbəti tədris ili üzrə "Qlobal Koreya" təqaüd proqramı

Koreya Respublikası tərəfindən 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib. Magistratura, doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 4 mart 2022-ci il tarixədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

22/05/2025

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #ADPU Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22098-1

Ətraflı
22/05/2025

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22097-1

Ətraflı
22/05/2025

“Məktəblilərarası Milli Hakaton”a Lənkərandan qoşulan və olimpiada mərhələsinə keçən Əliyyiəkbər Şirinli finala iddialıdır #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025

Ətraflı