• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

“Rəqəmsal bacarıqlar” layihəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.


Layihənin 2022-2023-cü tədris ilində həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsi məqsədilə məktəb direktorları ilə görüşlər keçirilir. Görüşlərin əsas müzakirə mövzusu yeni siniflərin əlavə edilməsi, layihə çərçivəsində X sinif şagirdləri üçün ixtisaslaşdırılmış İT siniflərinin açılması, həmçinin hazırda layihəyə qoşulması nəzərdə tutulan məktəblərdə monitorinqlərin aparılması, informatika kabinetlərindəki infrastrukturun qiymətləndirilməsidir.


Yeni tədris ilində layihənin əlavə olaraq 150-dən çox yeni məktəbi əhatə edəcəyi və yeni regionlar üzrə coğrafi baxımdan iki dəfə genişləndirilməsi planlaşdırılır.


Qeyd edək ki, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranda ümumilikdə 190 mindən çox şagirdi əhatə edir.


2017-2018-ci tədris ilindən start götürən layihənin məqsədi şagirdlərə alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.


3 il əvvəl