• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Muzeylər və Qarabağın mədəniyyət incisi Şuşa” adlı interaktiv muzey həftəsi layihəsi həyata keçirilib.  Layihə çərçivəsində turizm profilli dərnək üzvlərinin Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Bülbülün ev-muzeyinə və Üzeyir Hacıbəylinin ev-muzeyinə ekskursiyası təşkil olunub.  Ekskursiyalarda ümumilikdə 571 şagirdin ekskursiyası təmin olunub. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə muzeylərdə Şuşa irsinə aid olan eksponatlar, həmçinin Azərbaycan mədəniyyətinin inciləri, memarlıq salnamələri və zəngin mədəni irsi haqqında məlumat vermək, onların asudə vaxtlarını səmərəli təşkil etmək, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq və muzeylərin kolleksiya fondu ilə tanış etməkdən ibarətdir.   

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

Fevralın 23-də Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.    Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov, Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt, Azərbaycanın Milli Qəhrəmanı Polad  Həşimovun həyat yoldaşı Ofeliya Həşimova, “Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və KİV nümayəndələri iştirak ediblər.    Tədbirdən əvvəl sözügedən məktəbin həyətində 44 günlük Vətən müharibəsinin şərəfinə 44 ağac əkilib.    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı faciəsinin vəhşətindən danışıb. Nazir müavini bildirib ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 14 məktəb dağıdılıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.   44 günlük  Vətən müharibəsində qazanılan zəfərə toxunan nazir müavini bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra Xalqımız 30 ildən sonra işğal altında olan torpaqlarımızın azadlığına nail olaraq mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı.   Çıxışının sonunda Firudin Qurbanov gənclərə öz tövsiyələrini çatdırıb.    Daha sonra çıxış edən millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycan tarixinin bir sıra  faktlarını diqqətə çatdırıb. Anar İsgəndərov Xocalının təkcə göz yaşı deyil, eyni zamanda unudulmayacaq bir tarix olduğunu qeyd edib. Millət vəkili 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalının qisasının alındığını ifadə edib.    Tədbirdə iştirak edən Böyük Britaniya əsilli yazıçı, araşdırmaçı jurnalist İan Pirt tərtibçisi olduğu “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” adlı kitabından danışıb. İan Pirt bildirib ki, kitabda Xocalı hadisələrinin şahidləri ilə müsahibələr, faciə ilə bağlı beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların şərhləri, beynəlxalq təşkilatların hesabatları və əcnəbi fotoqrafların çəkdiyi nadir fotolar yer alıb.   Tədbirdə iştirak edən, Xocalı sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Nərmin İbrahimova da çıxış edərək xatirələrini bölüşüb.    Tədbirin sonunda Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, 1, 2, 3 nömrəli uşaq gənclər inkişaf mərkəzləri, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən açıq dərs, "dəyirmi masa", ədəbi-bədii kompozisiyaların, Ana Harayı abidəsinə məktəblilərin ziyarətinin təşkil olunması, həmçinin dərnək üzvləri tərəfindən hazırlanan videoçarxların sosial şəbəkələr vasitəsilə yayımlanması nəzərdə tutulur.  Bundan başqa, sözügedən məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə “Xocalı qan yaddaşımız", "Xocalı bu gün", “Qanayan yaramız Xocalı”, “Xocalıda uşaqlar”, “Xocalı harayı”, “Yaddaşlarda qalan tarix”, “Xocalının gələcəyi” adlı rəsm və əl işlərindən ibarət sərgilərin keçirilməsi, faciədən bəhs edən sənədli filmlərin dərnək üzvləri tərəfindən izlənilməsi planlaşdırılır.  Qeyd edək ki, tədbirlərin təşkil olunmasında əsas məqsəd soyqırımda həlak olanların xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, qətliam zamanı xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumat verməkdən ibarətdir.  

Təhsil Nazirliyi gələcək müəllimlər üçün proqramlaşdırma üzrə təlimlərə başlayıb

Fevralın 21-dən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil Texnologiyalar Mərkəzində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə “Gələcək üçün kod” adlı təlimlərə start verilib. Bununla əlaqədar Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, ADPU-nun rektoru Cəfər Cəfərov, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova və universitetin digər nümayəndələrinin iştirakı ilə görüş keçirilib.      Bildirilib ki, təlimlərin əsas məqsədi ADPU tələbələri arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma, o cümlədən bu kimi digər bilik və bacarıqların aşılanmasıdır.  Təlimlərə informatika, riyaziyyat və informatika ixtisasları üzrə IV-V kurs tələbələri, o cümlədən SABAH qruplarının tələbələri cəlb olunub.  Layihə çərçivəsində 300 tələbə arasından 166 nəfəri təlimdən keçmək üçün seçilib. Tələbələr may ayının sonunadək həftədə 3 dəfə olmaqla proqramlaşdırma bacarıqları üzrə, həftədə 2 dəfə olmaqla məktəb dərslərində əyani təcrübə keçəcəklər. Tələbələrə “Alqoritmika” beynəlxalq məktəbinin təlimçiləri tərəfindən təlimin keçirilməsi də nəzərdə tutulub. Təlimlərin mövzusu və proseslə bağlı tələbələr üçün 2 onlayn sessiya və sorğu təşkil edilib.  Eyni zamanda təlimlərin təşkili  üçün “Alqoritmika” beynəlxalq məktəbi universitetin müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlanıb.  Layihə çərçivəsində ADPU və Təhsil Texnologiyalar Mərkəzində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib. Bu isə öz növbəsində təhsilalanların ehtiyacları üçün münasib olan sürətli və  təhlükəsiz internetə çıxışın təmin olunmasıdır. Qeyd edək  ki, ADPU  müxtəlif pillələr üzrə təhsil müəssisələrini vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsi olan   Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.   

Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında uğurlu nəticə əldə edib

Bakıda stolüstü-tennis üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Sumqayıt şəhərini təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi yüksək nəticə əldə edib. Belə ki, məktəbin idmançıları qadınlar arasında komanda yarışında I, II və III, qadınların qoşa yarışında I, II, qoşa qarışıq yarışda 1 nəfər I, 1 nəfər II, şəxsi yarışda 1 nəfər I, 1 nəfər III və kişilər arasında komanda yarışında 4 nəfər III yeri tutub.  Eyni zamanda Bakı şəhərini təmsil edən komandaların tərkibində 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 2 nəfər kişilər arasında komanda yarışında I, 2 nəfər II, 4 nəfər III, şəxsi yarışlarda 1 nəfər I, 1 nəfər II, qoşa yarışlarda 1 nəfər I, 4 nəfər III, qarışıq qoşa yarışlarda 2 nəfər III, yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən 1 nəfər qadınlar arasında komanda yarışında III yeri tutub.  

Təhsil naziri Emin Əmrullayev Gürcüstanda növbəti görüşlər keçirib

Fevralın 22-də təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.  Görüş zamanı Emin Əmrullayev iki ölkə arasında digər sahələrdə olduğu kimi təhsil sahəsində də sıx əməkdaşlığın mövcud olduğunu bildirərək, bu əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin Azərbaycan və Gürcüstanda müvafiq olaraq gürcü və Azərbaycan dillərində tədrisin dəstəklənməsi, pedaqoji kadrların ixtisasartırmasına yönəlik birgə fəaliyyətin təşkili məsələləri müzakirə edilib. Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti tədris Azərbaycan dilində aparılan Tbilisi şəhəri 73 nömrəli məktəbi, həmçinin Qardabani regionunda 3 nömrəli məktəbi ziyarət edib. Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə tanış olub, məktəblərin müəllim-şagird heyəti ilə görüşüb.  Emin Əmrullayev həmçinin Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze ilə də görüşüb. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparıb.   

Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri keçirilib

Ağcabədi, Ağdaş, Göyçay, Tərtər, Yevlax, Zərdab və Bərdə rayonları üzrə ümumi təhsil müəssisələrində TOPs təlimləri keçirilib. Təlimlər Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təşkil olunub.   Təlimlərə qeyd olunan rayonlarda fəaliyyət göstərən 410 ümumi təhsil müəssisəsindən 600 nəfərdən çox fiziki tərbiyə müəllimi cəlb olunub.  Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil oluan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsi aparılıb. Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

İdman bal rəqsləri üzrə çempionat keçirilib

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində idman bal rəqsləri üzrə Bakı birinciliyi təşkil olunub. Çempionat Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, İdman Rəqsləri Federasiyası İctimai Birliyinin əməkdaşlığı ilə baş tutub.   Tədbirin keçirilməsində əsas məqsəd bal rəqsinin təbliği və inkişaf etdirilməsi, uşaqların idman və incəsənətə olan marağının artırılması, istedadlı gənclərin aşkar edilməsindən ibarət olub.  Müsabiqə 12 kateqoriyada 3 yaş qrupu (6-10, 11-15, 16-21), Avropa və Latın Amerika proqramı, duet və solo ifaçıları nominasiyaları üzrə keçirilib. Pandemiya qaydalarına uyğun uşaq, yeniyetmə və gənclər arasında keçirilən çempionatda 75 iştirakçı mübarizə aparıb. Çempionatın baş hakim qismində İdman rəqsləri Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü Məryəm Quliyeva və baş katib Fərid Mehdiyev iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Çempionatın nəticələrinə əsasən, 6-10 yaş qrupu üzrə I yerə Rüfət Mikailov, Ameliya Muradova, II yerə Kərim Səfərli, Viktoriya Mineyeva, III yerə Murad Hüseynov, Karolina Kazakova; 11-15 yaş qrupu üzrə I yerə Qaflan Abbasov, Anastasiya Kşnyakina, II yerə Raul Əliyev, Darya Kşnyakina, III yerə Vasiliy Lebedev, Selena Qrızak; 16-21 yaş qrupu, Standart və Latın proqramı nominasiyası üzrə I yerə Fərhad Ağayev, Valeriya Kovalyova, II yerə Timur Şevçenko, Elza Yeliseyeva, III yerə Riad Quliyev, Aylin Quliyeva; 16-21 yaş qrupu, solo Standart və Latın proqramı nominasiyası üzrə I yerə Nigar Novruzova, II yerə Ülviyyə Əhmədova, III yerə Aynur İsmayılova layiq görülüblər. Sonda yarışın qaliblərinə medal və diplomlar təqdim edilib.  

Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.  Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur. Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.  

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində fevralın 21-də Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirilib.  Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti müzakirə olunub, əlaqələrin inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə müvafiq olaraq Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib.  Daha sonra təhsil sahəsində mövcud hüquqi bazanın gücləndirilməsi və bir sıra istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.  Görüşün yekununda mətbuat üçün birgə brifinq keçirilib. Təhsil naziri Emin Əmrullayev həmçinin Gürcüstanın Marneuli bölgəsində fəaliyyət göstərən Azərbaycanlıların İnteqrasiya Mərkəzini ziyarət edib.  Sonra SOCAR-ın dəstəyi ilə Marneuli Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərlə tanış olub və Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Tsalka, Tetritçkaro bölgələrində fəaliyyət göstərən Azərbaycan dilində tədris aparılan məktəb direktorları və müəllimlərlə görüşüb.  

22/05/2025

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün bağlanış və mükafatlandırma mərasimi keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #ADPU Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22098-1

Ətraflı
22/05/2025

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22097-1

Ətraflı
22/05/2025

“Məktəblilərarası Milli Hakaton”a Lənkərandan qoşulan və olimpiada mərhələsinə keçən Əliyyiəkbər Şirinli finala iddialıdır #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025

Ətraflı