Bakı Slavyan Universitetinin rektoru kollektivə təqdim edilib
Fevralın 18-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Rektoru təqdim edən təhsil naziri Emin Əmrullayev dövlət başçısının müvafiq sərəncamını diqqətə çatdıraraq Anar Nağıyevi bu münasibətlə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Emin Əmrullayev qeyd edib ki, BSU-nun özünəməxsus tarixi, ənənələri, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Vurğulanıb ki, ali təhsil müəsissələri qarşısında dayanan ən mühüm vəzifələr təhsilin keyfiyyətinin yaxşılaşdırılması, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin vətəndaş kimi formalaşması, qarşılıqlı etimad mühitinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Təhsil naziri Anar Nağıyevin rəhbərliyi ilə unikal ali təhsil müəssisəsi olan BSU-da son zamanlar həyata keçirilən yeniliklərin, islahatların davamlı olacağına və bu ali təhsil müəssisəsinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olacağına inamını ifadə edib. Nazir bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı müvafiq tövsiyələrini verib.
18/02/2022 18:50
"Təhsilə ictimai baxış" da Məktəb-valideyn tərəfdaşlığı
Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub. “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusuna həsr olunan müzakirədə təhsil naziri Emin Əmrullayev, nazirlik nümayəndələri, İctimai Şuranın üzvləri, millət vəkilləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, o cümlədən QHT təmsilçiləri iştirak ediblər. Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi məktəb-valideyn tərəfdaşlığı ilə bağlı mövcud vəziyyəti öyrənmək, bu tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi istiqamətində maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, beləliklə, məktəb-valideyn tərəfdaşlığı modelinin yeni formalarını hazırlamaqdır. Müzakirədə çıxış edən təhsil naziri Emin Əmrullayev təşkilatçılara təşəkkürünü bildirib və təhsildə ictimai məsuliyyətin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Təhsil naziri bildirib ki, problemlərin müəyyən edilməsi ilə yanaşı onların həll yollarının müzakirəsi də önəmlidir. Nazir qeyd edib ki, Azərbaycanın təhsil siyasətinin mərkəzində uşaqlar dayanır və şagirdlərə yönəlik siyasətin həyata keçirilməsi daha vacibdir. Təhsil naziri bildirib ki, valideynlərin məktəbin idarə olunmasında iştirakçılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çıxışında məktəb nüfuzunun yeni modelinin yaradılmasının, ümumi təhsil müəssisələrində ictimai nəzarət mexanizminin vacibliyini qeyd edən təhsil naziri maarifləndirmənin də düzgün aparılmasının önəmini ifadə edib. Emin Əmrullayev sonda Təhsil Nazirliyinin hər zaman cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, səmərəlilik üçün müzakirələrin çərçivəsi olmalı, cəmiyyəti narahat edən məqamlara diqqət edilməlidir. Müzakirələr zamanı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov Şura və “T-Network” tərəfindən 13 580 valideyn arasında aparılan sorğunun nəticələrini təqdim edib. Müzakirədə Türkiyənin TED Universitetinin təhsil fakültəsinin dekanı Yüksel Kavak Türkiyə təcrübəsi barədə təqdimatla çıxış edib, Türkiyənin məktəb-valideyn tərəfdaşlığı modelini müzakirə iştirakçılarının diqqətinə çatdırıb. Çıxış edən digər qonaqlar mövzu ilə bağlı onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar. Qeyd edək ki, "Təhsilə ictimai baxış" silsilə müzakirələrin məqsədi bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.
18/02/2022 15:40
İslam İnkişaf Bankından təqaüd imkanı
İslam İnkişaf Bankı tərəfindən 2022-2023-cü tədris ili üçün elan edilən təqaüd proqramına müraciətlərin qəbulu davam edir. Müxtəlif təhsil səviyyələrini əhatə edən təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2022-ci il nəzərdə tutulub. Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
18/02/2022 11:15
Xüsusi təhsil müəssisələrində vakansiyalar üçün müraciətin son günü
Fevralın 18-də xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi başa çatacaq. Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəllərdə təqdim edilib. Namizədlər vakansiya seçimində iştirak etmək üçün qeyd edilən linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/USYJaEHGS462H5437 Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə seçilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
18/02/2022 09:15
Xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifəsi üzrə işə qəbul
Xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi elan olunur. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim edilib. Vakansiya seçimi 18 fevral saat 18:00-dək davam edəcək. Namizədlər vakansiya seçimində iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər: https://forms.gle/USYJaEHGS462H5437 Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər yuxarıda qeyd olunan linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə seçilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.
17/02/2022 18:41
İdman Mərkəzinin komandası Azərbaycan birinciliyinin qalibi olub
Karate idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışa “Təhsil” Respublika İdman Mərkəzi 60 nəfər idmançı ilə qatılıb. Onlardan 33 nəfəri mükafatçılar sırasında yer tutub. Mərkəzin yığma komandası 12 qızıl, 9 bürünc və 12 gümüş medal qazanaraq ümumi hesabda I yerə çıxıb.
17/02/2022 16:30
Boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib
10-17 fevral 2022-ci il tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyası tərəfindən gənclər arasında boks idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Gənc boksçular arasında 13 çəki dərəcəsi üzrə təşkil olunan birinciliyə ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 50 komanda olmaqla 176 idmançı qatılıb. Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin boksçuları 8 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıb. Mərkəz komanda hesabında 75 xalla birinci yeri tutaraq gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub və kubokla təltif olunub. Birincilikdə “Neftçi” İdman Klubu (24 xal) ikinci, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (12 xal) üçüncü yerə çıxıb.
17/02/2022 15:00
Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb
Fevralın 17-də Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Niyyət Protokolunun imzalanma mərasimi keçirilib. Niyyət Protokolu təhsil naziri Emin Əmrullayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb. Protokolun imzalanmasında əsas məqsəd ümumi təhsil müəssisələri üçün rəqəmsallaşma, innovasiyalar və təhsilin inkişafına töhfə verəcək məsələlərə dair əməkdaşlığın həyata keçirilməsidir. Bu çərçivədə ilk olaraq Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində “İnnovasiyalar” mərkəzi yaradılacaq. Mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahəsində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları üzrə bacarıqlarının, kodlaşdırma qabiliyyətlərinin artırılması, eləcə də şagirdlərin yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev niyyət protokolunun imzalanmasını yüksək qiymətləndirib. Təhsil naziri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüsün istedadlı şagirdlərin bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, innovativ təhsil layihələrinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanı yaradılmalıdır. Buna yalnız dəqiq elmlər, texnologiyalar, informasiya texnologiyaları üzrə bilikləri artırmaqla, bu sahədə mütəxəssislər yetişdirməklə nail ola bilərik. İmzalanma mərasimindən sonra nazirlər liseydə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə görüşərək onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
17/02/2022 14:30
Nazirliyin təşəbbüsü ilə IT kurslarına başlanılıb
Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IT kurslarına başlanılıb. IT kursları (bootcamp) 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər. Kurslarda veb-tərtibatçılıq və sistem inzibatçılığı üzrə tədris verilir və 300 tələbəni əhatə edir. Qeyd edək ki, layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.
17/02/2022 10:40
“İdman-sağlam həyat” adlı rəsm müsabiqəsinə start verilib
Məktəblilər arasında “İdman-sağlam həyat” adlı rəsm müsabiqəsinə start verilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş müsabiqə-sərgi Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqə-sərgi 3 yaş qrupunda (6-9, 10-13, 14-17) “İnsan saglamlığında idmanın rolu” və “İdmanın müxtəlif sahələrinin rəsmlərdə təsviri” mövzuları üzrə 2 mərhələdə keçirilir: I mərhələ - 16 - 23 fevral 2022-ci il. Bu mərhələdə ümumtəhsil məktəblərinin şagirdləri və Bakı şəhəri üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin seçilmiş rəsmləri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalareyasına təqdim edilir (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 16/21, telefon nömrələri: 012-498-15-52; 050-497-97-55); II mərhələ - 24 - 25 fevral 2022-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və I, II, III yerlər müəyyənləşdirilir. Rəsm-müsabiqə üzrə tələblər aşağıdakılardır: - Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı yaş qrupu üzrə 1 rəsm işi göndərə bilər; - İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir; - Rəsm işlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə (akvarel, quaş, yağlı boya, akril, pastel, flomaster, marker, rəngli karandaşlar və s.) işlənilə bilər; - Rəsmlər A3 formatda təqdim edilməlidir; - İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir; - Rəsm işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat – şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır; - Müsabiqəyə göndərilən rəsmlər geri qaytarılmır. Qeyd edək ki, müsabiqə-sərginin təşkilində məqsəd uşaq və gənclərin fiziki inkişafının təmin edilməsi üçün onların idmana marağını artırmaq, sağlam həyat tərzinin formalaşmasında böyük rol oynayan idmanı təbliğ etmək, məktəblilərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
17/02/2022 10:00
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası mayın 23-də Ağdam şəhərində keçirilib. https://azertag.az/xeber/elaqelendirme_qerargahinin_novbeti_iclasi_agdam_seherinde_kechirilib-3574079
Ətraflı"Məktəblilərarası Milli Hakaton”da maarifləndirici və əyləncəli mərhələ səni gözləyir! Yeni çağırış: Code Hour Challenge learn.algoritmika.az platformasında aktivdir – sən də qoşul, biliklərini sınamağa davam et! Qalib ol, beynəlxalq sertifikat qazan və gələcəyinə dəyər qat! #ElmVəTəhsilNazirliyi #MilliHakaton #RəqəmsalBacarıqlar #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton2025
ƏtraflıCari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq. #ElmVəTəhsilNazirliyi #EduAz #MÜTDA #Sertifikatlaşdırma #Sınaqİmtahanı
Ətraflı