Uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Azərbaycan çempionu olub
4-18 fevral 2022-ci il tarixlərində Naxçıvan şəhərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən kişilər arasında şahmat idman növü üzrə Azərbaycan çempionatı keçirilib.
Çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən beynəlxalq əmsalı 2300-dən yuxarı olan, 2022-ci il üçün Naxçıvan Muxtar Respublikasının çempionatında I-III yerlərin tutmuş idmançılardan ibarət 24 şahmatçı qatılıb.
Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı qızıl medal qazınıb.
Çempionatda 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Aydın Süleymanlı isə yarışı IV yerdə başa vurub.
Qeyd edək ki, yarışda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatında iştirak edəcək.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
23.05.2025 - 17:13 -
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14