• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində şagirdlərə təlim dərsi keçirilib

Fevralın 18-də Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü çərçivəsində Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə “Hitachi Hightech” şirkəti tərəfindən Kimya-Biologiya təmayüllü Respublika Liseyində təbiət elmləri təlim dərsi keçirilib.


Tədbirdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və Kimya-Biologiya təmayüllü Respublika Liseyinin direktoru Kamran Rəhimov açılış nitqi ilə çıxış edib.


Təlimdə liseyin 7A və 7B sinif şagirdləri olmaqla, ümumilikdə 60 nəfər iştirak edib. Virtual təlim zamanı şagirdlərə “Hitachi Hightech” şirkətinə məxsus 100 min dəfəyədək böyütmə gücü olan elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər göstərilib, mikroskopun iş prinsipi izah edilib, şagirdlərə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxmaq imkanı verilib.


3 il əvvəl