Təhsil naziri Gürcüstanda rəsmi səfərdədir
Fevralın 20-də təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfər edib.
Səfər çərçivəsində Emin Əmrullayev ulu öndər Heydər Əliyevin Tbilisidə və Rustavidə ucaldılan abidələrini ziyarət edəcək, Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək.
Təhsil naziri həmçinin Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək, Gürcüstanın tədris Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.
Nazirin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.
Səfər fevralın 23-də başa çatacaq.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
23.05.2025 - 17:13 -
Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb
22.05.2025 - 20:00 -
Nazir müavini "Gələcək təhsil liderləri" müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib
22.05.2025 - 17:00 -
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib
22.05.2025 - 12:40 -
Elm və təhsil naziri Beynəlxalq Bakalavriat (IB) təşkilatının baş direktoru ilə görüşüb
22.05.2025 - 11:14