Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Cisco” şirkətinin nümayəndələri ilə görüş

Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin Rumıniya və MDB ölkələri üzrə icraçı direktoru Dorin Pena, Azərbaycan üzrə baş direktoru Ramil Eyyubov, ərazi üzrə məsul meneceri Fərid Zeynalov və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov iştirak ediblər.     Görüş zamanı “Cisco” şirkəti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Eyni zamanda təhsil müəssisələrinə verilən internet və intranet xidmətlərinin təhlükəsizliyi, zərərli məzmun süzgəclənməsinin təmin edildiyi diqqətə çatdırılıb.     Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə qurulmaqda olan təhsil müəssisələri üzrə əməkdaşlıq, “Cisco DevNet” tədris laboratoriyasının azərbaycanlı təhsilalanlar üçün təqdim edilməsi, “Cisco” şəbəkə akademiyalarının sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası məsələləri də müzakirə edilib.     Qeyd edək ki, ölkə üzrə ümumilikdə 4 331 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmaqla intranet və internetə çıxışla təmin edilib. Onlardan 1 235 təhsil müəssisəsi fiber-optik, 2 008 təhsil müəssisəsi simsiz LTE, 1 088 təhsil müəssisəsi isə ADSL rabitə kanalı vasitəsilə qoşulub. Təhsil müəssisələrində şəbəkənin idarəolunması və paylanmasında “Cisco” həllərindən istifadə olunur.   

Sertifikatlaşdırma ilə bağlı Milli Məclisdə ictimai dinləmə

Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib.  Dinləmə prosesində Milli Məclisin üzvləri, müxtəlif komitə rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.   Görüşü giriş sözü ilə açan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu prosesin Milli Məclis rəhbərliyi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə gerçəkləşdiyini qeyd edərək ilk belə təşəbbüsün təhsilverənlərin sertifikatlaşdırılmasına həsr olunmasının əhəmiyyətini vurğulayıb. Komitə sədri bu ilin yay aylarında keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müəllimlərin peşə səriştəsinin yüksəldilməsi və diferensial əməkhaqqı islahatı baxımından vacib məsələ olduğunu qeyd edib.  İctimai dinləmədə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təhsilverənlərin sertifikatlaşdırılması prosesi və nəticələri barədə geniş təqdimatla çıxış edib.  Emin Əmrullayev sertifikatlaşdırma prosesinin Azərbaycanda müəllimlərin peşə yararlılığının ölçülməsi və diferensial əməkhaqqı sisteminin formalaşması baxımından zəruri olduğunu bildirərək ibtidai sinif müəllimləri üzrə sertifikatlaşdırmanın regionlar, yaş qrupu ilə bağlı nəticələrinə dair məlumat verib.  Nazir bildirib ki, müvafiq regionlar üzrə ümumilikdə 12 minə yaxın ibtidai sinif müəllimi sertifikatlaşdırma prosesinə cəlb olunub. Onların 76 faizi uğur qazanıb. Sertifikatlaşdırmaya birinci olaraq ibtidai sinif müəllimlərindən başlanılmasına aydınlıq gətirən Emin Əmrullayev bunu şagirdlərin ilkin biliklərə ibtidai sinifdə yiyələnmələri ilə əlaqələndirib.  Son illərdə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma nəticələrinə toxunan nazir bildirib ki, MİQ müsabiqəsi çərçivəsində işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma üzrə orta balı 53 təşkil edib.   Elm və təhsil naziri sertifikatlaşdırma nəticələrinə uyğun olaraq müəllimlərin əməkhaqqısında ciddi artım olduğunu da diqqətə çatdırıb və qeyd edib ki, sertifikatlaşdırma prosesi yaxın 4 il ərzində bütün ölkə müəllimlərini əhatə edəcək.   Daha sonra çıxış edən Milli Məclisin üzvləri, müxtəlif komitə rəhbərləri öz rəy və təkliflərini irəli sürüblər və təhsillə bağlı ictimai dinləməni yüksək dəyərləndiriblər.    Sonda elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin üzvləri və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırıb.   

TKTA tərəfindən növbəti beynəlxalq forum keçirilib

15 dekabr tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Xarici kvalifikasiyalar, qeyri-formal və informal təhsilin tanınması” mövzusunda beynəlxalq forum təşkil olunub.     Forumun əsas məqsədi xarici ölkələrin ali təhsil müəssisələrindən əldə edilmiş diplomların həmçinin, qeyri-formal və informal təhsil yolu ilə qazanılmış bilik və bacarıqların tanınması və qiymətləndirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də post-pandemiya dövründə bu sahədə baş verən yeniliklərin, tətbiq olunan yanaşmaların müzakirəsini təşkil etməkdir.     Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, yerli ali təhsil müəssisələrinin rəhbərləri və digər  səlahiyyətli nümayəndələr iştirak ediblər. Qonaqlar arasında həmçinin, Gürcüstan, Qazaxıstan, Almaniya, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Krallığının sahə üzrə səlahiyyətli təşkilatlarının rəhbərləri və ekspertlər də yer alıb.     Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və əlaqəli sahədə bu günə kimi görülmüş işlər barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb.     Proqram daha sonra elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışı ilə davam edib. Nazir müavini istər xarici ali təhsil, istər qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.     Ardınca müvafiq olaraq Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya və Fransadan olan spikerlər növbə ilə çıxış edərək əlaqəli mövzuda təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar.     Tədbirin ikinci hissəsi, əsasən, mövzu ətrafında geniş panel müzakirəsinin təşkilindən ibarət olub.     Qeyd edək ki, sözügedən forum kvalifikasiyaların tanınması sahəsində keyfiyyətli mühitin formalaşdırılmasına öz töhfəsini verəcək, habelə ölkəmizdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsini geniş auditoriyaya çatdıracaq.   

Məktəblilər arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək

16-19 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş üzrə U17 beynəlxalq “Təhsil” turniri keçiriləcək. Bakı İdman sarayında baş tutacaq yarışa uşaq-gənclər idman məktəbləri, idman təşkilatları və xarici ölkələrdən komandalar qatılacaqlar. Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Tacikistan, Qazaxıstan, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Turnirin açılış mərasimi 16 dekabr saat 17:00-da Bakı İdman sarayında baş tutacaq. Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk iki günündə sərbəst, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.

Ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub. Görüşdə 38 ali təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər.     Görüş zamanı əcnəbi tələbələrin ölkəmizə cəlbinin təşviqi və təhsilinin təşkili məsələlərinə dair 2022-ci ildə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib, eləcə də 2022-2023-cü tədris ilində təhsil alan əcnəbi tələbələrlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cari tədris ilində ölkəmizdə təhsil alan əcnəbi tələbə sayının bu günədək ən yüksək göstəriciyə çatdığı və 110 ölkədən 9 000-ə yaxın şəxsi əhatə etdiyi qeyd olunub. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin sifarişi ilə aparılmış ““Study in Azerbaijan” beynəlxalq ali təhsil imkanları” adlı tədqiqatın nəticələrinə dair təqdimat keçirilib.     Sonda görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, onların sualları cavablandırılıb.   

“İTi zəka”lılar mükafatlandırılıb

Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi zəka” hakatonunun mükafatlandırma mərasimi keçirilib.     Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     Giriş nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq müsabiqədə yarışanlara uğurlar arzu edib. O, ölkəmizdə uşaqların sağlam yaşaması, təhlükəsiz şəraitdə böyüməsi, bütün imkanlara əlçatanlığının təmin edilməsi, uşaq hüquqlarının həm beynəlxalq, həm də milli qanunvericiliyin təyin etdiyi normalar əsasında təmin olunması istiqamətində həyata keçirilən tədbir və nailiyyətlərdən bəhs edib.     Çıxışının sonunda yarışmada iştirak edən bütün uşaqları təbrik edən Komitə sədri bildirib ki, bu müsabiqə həm də iştirakçıların əməyinə verilən qiymətdir və gələcək yarışmalara daha əzmlə qatılmaq üçün stimuldur.     Müsabiqənin əhəmiyyətinə diqqət çəkən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hakatonda iştirak edən uşaqların ölkənin gələcək və uğurlu inkişafının təmin olunmasında mühüm rolu olacaq. Hazırda dünyada baş verən Dördüncü Sənaye inqilabına diqqət çəkən nazir müavini vurğulayıb ki, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar. Firudin Qurbanov hakatonda iştirak edən uşaqların Qarabağda gedən quruculuq işlərində, həyata keçirilən innovativ layihələrdə fəallıq göstərəcəyinə inamını ifadə edib.     Texnologiyalar dövründə yaşadığımızı qeyd edən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu dövrdə rəqəmsal biliklərə yiyələnməyin önəmini vurğulayıb və belə hakatonların keçirilməsinin bu sahədə inkişafa dəstək göstərdiyini bildirib.  Layihə təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkür edən Ceyhun Salmanov hakatonun kiçik yaşlardan innovativ düşüncənin formalaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.     Müsabiqənin münsiflər heyəti adından çıxış edən Bilim Bakı Mərkəzinin direktoru Yusuf Polat belə maraqlı müsabiqədə təşkilatçılardan biri olmaqdan məmnunluğunu ifadə edib.     Daha sonra Dövlət Komitəsinin  Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən “İTi zəka” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib.     Sonra “İTi zəka” hakatonu barədə videoçarx təqdim edilib.     Yekunda mükafatlandırma mərasimi keçirilib.     Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsi, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək və rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.   

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub. Namizədlər müvafiq linkə keçid edərək müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.   Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq.    Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.  

İctimai təşəbbüslərlə bağlı qrant müsabiqəsinin nəticələri

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.   Müsabiqəyə ümumilikdə 77 layihə təqdim edilib. Layihələr müsabiqənin ekspert qrupu tərəfindən aşağıdakı 3 mərhələ üzrə qiymətləndirilib:   I mərhələ – müsabiqə iştirakçılarına verilən tələblərin qiymətləndirilməsi;   II mərhələ – layihə təkliflərinə verilən tələblərin qiymətləndirilməsi;   III mərhələ – layihə təkliflərinin məzmununun 100 ballıq şkala üzərindən 6 meyar əsasında qiymətləndirilməsi.   Nəticələrə əsasən ilk iki mərhələdən keçən və III mərhələdə ən yüksək bal toplayan 19 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.   Qrant verilməsi nəzərdə tutulan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.   Nominasiya 1: Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi Nominasiya 2: Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi Nominasiya 3: Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması  

Qırğız Respublikasının məktəbliləri Azərbaycanda səfərdədir

Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir. Səfərin ilk günü nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Daha sonra nümayəndə heyəti Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksini ziyarət edib, hər iki müəssisənin rəhbərliyi ilə görüşüb, şagirdlər üçün yaradılan şərait, həmçinin müəssisələrdə fəaliyyət göstərən STEAM mərkəzləri ilə tanış olub, ulu öndərin anım gününə həsr olunmuş sənədli film izləyib. Səfər ərzində Qırğız Respublikasının nümayəndə heyətinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Avropa liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində STEAM yönümlü təlimlərdə iştirakı, həmçinin Bakı şəhərinin tarixi-memarlıq abidələrinə və qoruqlarına ziyarəti nəzərdə tutulur.  

Məktəblilərimizin möhtəşəm uğuru

2-12 dekabr tarixlərində Kolumbiyanın Boqota şəhərində Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadası (IJSO 2022) keçirilib.    Olimpiada qapalı test, nəzəri və laboratoriya mərhələlərindən ibarət olub.    Sözügedən olimpiadada ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə göstəriblər. Komandamız 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Belə ki, komandanın üzvlərindən İbrahim Valehli (Kaspi liseyi) və Sadiq Manafov (TDV Bakı Türk liseyi) gümüş medal qazanıb. Digər üzvlər – Selcan Şəfizadə (Fizika, riyaziyyat və informatika təmayüllü lisey), Aydan Qəmbərova (Kimya, biologiya təmayüllü respublika liseyi), Murad Xəlilzadə (Kimya, biologiya təmayüllü respublika liseyi) və Rəsul Ağakişiyev (Kimya, biologiya təmayüllü respublika liseyi) bürünc medala layiq görülüblər.    Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq! 

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı