Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq, xüsusən əcnəbilərin təhsili sahəsi üzrə məsul əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Hər il ənənəvi olaraq təşkil edilən görüşün məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyət, əcnəbilərin ölkəmizdə təhsilinə dair məsələlərin müzakirəsi olub. Görüşdə 38 ali təhsil müəssisəsinin 60-a yaxın nümayəndəsi, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və məsul şəxsləri iştirak ediblər. 
  
Görüş zamanı əcnəbi tələbələrin ölkəmizə cəlbinin təşviqi və təhsilinin təşkili məsələlərinə dair 2022-ci ildə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib, eləcə də 2022-2023-cü tədris ilində təhsil alan əcnəbi tələbələrlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin cari tədris ilində ölkəmizdə təhsil alan əcnəbi tələbə sayının bu günədək ən yüksək göstəriciyə çatdığı və 110 ölkədən 9 000-ə yaxın şəxsi əhatə etdiyi qeyd olunub. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin sifarişi ilə aparılmış ““Study in Azerbaijan” beynəlxalq ali təhsil imkanları” adlı tədqiqatın nəticələrinə dair təqdimat keçirilib. 
  
Sonda görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, onların sualları cavablandırılıb. 
 


3 il əvvəl