Məktəblilər arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək
16-19 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş üzrə U17 beynəlxalq “Təhsil” turniri keçiriləcək.
Bakı İdman sarayında baş tutacaq yarışa uşaq-gənclər idman məktəbləri, idman təşkilatları və xarici ölkələrdən komandalar qatılacaqlar.
Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Tacikistan, Qazaxıstan, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edəcək.
Turnirin açılış mərasimi 16 dekabr saat 17:00-da Bakı İdman sarayında baş tutacaq.
Yerli və əcnəbi hakimlərin idarə edəcəyi yarışın ilk iki günündə sərbəst, növbəti iki günündə isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Qarşılaşmalar hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.
3 il əvvəl
Digər xəbərlər
-
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29 -
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03
