Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İctimai təşəbbüslərlə bağlı qrant müsabiqəsinin nəticələri

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

 

Müsabiqəyə ümumilikdə 77 layihə təqdim edilib. Layihələr müsabiqənin ekspert qrupu tərəfindən aşağıdakı 3 mərhələ üzrə qiymətləndirilib:

 

I mərhələ – müsabiqə iştirakçılarına verilən tələblərin qiymətləndirilməsi;

 

II mərhələ – layihə təkliflərinə verilən tələblərin qiymətləndirilməsi;

 

III mərhələ – layihə təkliflərinin məzmununun 100 ballıq şkala üzərindən 6 meyar əsasında qiymətləndirilməsi.

 

Nəticələrə əsasən ilk iki mərhələdən keçən və III mərhələdə ən yüksək bal toplayan 19 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.

 

Qrant verilməsi nəzərdə tutulan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

 

Nominasiya 1: Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi



Nominasiya 2: Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi



Nominasiya 3: Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması
 


3 il əvvəl