Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2022-ci təqvim ili rəqəmlərdə - Müəllimlərin işə qəbulu

2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət edib, 54 804 namizəd müsabiqədə iştirak hüququ qazanıb. 7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak edib. 2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib, 3 902 namizəd müddətsiz əsaslarla, 3 086 namizəd müddətli əsaslarla işə qəbul edilib. Əlavə yerləşdirmə zamanı isə 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.    

2022-ci təqvim ili rəqəmlərdə - Rəqəmsal bacarıqlar

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Abşeron, Astara, Ağsu, Bərdə, Cəlilabad, Göyçay, Hacıqabul, Quba, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Tərtər, Masallı, Ucar, Xaçmaz, Yevlax, İmişli, İsmayıllı, Şəki, Ağcabədi, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Daşkəsən, Şamaxı, Gəncə, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Şəmkir, Kürdəmir, Qobustan, Zərdab, Gədəbəy olmaqla, ümumilikdə, 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi əhatə edir. Bu göstərici ötən ilə nisbətən 168 ümumi təhsil müəssisəsi və 110000 şagird çoxdur. 2022-2023-cü tədris ilindən etibarən 23 məktəbdə 10-cu siniflərdə informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 400-dən çox şagird təhsil alır. Ümumilikdə, “Rəqəmsal bacarıqlar” təmayül 10 və 11-ci siniflərdə 700-dən çox şagird təhsil alır.    

2022-ci təqvim ili rəqəmlərdə - Peşə təmayüllü siniflər

2022-2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 80 məktəbdə 124 sinfi əhatə etməklə fəaliyyətini davam etdirir. Cari tədris ilindən layihənin əhatə etdiyi bütün məktəblərdə “STEAM” və “Sürücülük” modulu tətbiq edilir, həmçinin bütün şagirdlərə karyera məsləhəti xidməti göstərilir.   2022-ci ildə peşə təmayüllü siniflərdən məzun olmuş şagirdlərin 28%-i əmək fəaliyyətinə, 12%-i ali, 7%-i orta ixtisas, 11%-i isə peşə təhsili almağa başlayıb.   

Qırğız Respublikasının nümayəndə heyətinin səfəri başa çatıb

Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyəti ölkəmizə səfər çərçivəsində T. İsmayılov adına 6 nömrəli məktəb-liseyi ziyarət edib. Ziyarət zamanı qonaqlar  müəssisənin rəhbərliyi ilə görüşüb, STEAM sinifləri ilə tanış olub, məktəb şagirdlərinin hazırladığı konsert proqramını izləyib.  Daha sonra nümayəndə heyəti ADA Universitetində olub. Qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı və tələbələr üçün yaradılan şərait haqqında məlumat verilib.  Dekabrın 18-də nümayəndə heyətinin səfəri başa çatıb.   

“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi

17-18 dekabr tarixlərində paytaxt və bölgələr üzrə “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi keçirilib.     Seçim mərhələsi onlayn və oflayn qaydada keçirilib. Müsabiqəyə müstəqil şəkildə onlayn qoşula bilməyənlər üçün 54 şəhər üzrə 100-dən çox məktəbdə xüsusi mərkəzlər təşkil edilib. Seçim mərhələsinin nəticələrinə əsasən uğur əldə edən 300 şagird dekabrın 26-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.     Qeyd edək ki, müsabiqədə iştirak üçün 19 000 şagird qeydiyyatdan keçib.     Müsabiqə Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV-IX sinif şagirdləri arasında keçirilir.     Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. Həmçinin bütün sahələrə təsir etmiş innovativ texnologiyaların inkişaf perspektivini şagirdlərə göstərmək və bu prosesdə necə iştirak edə biləcəklərinə dair ilkin anlayışın onlara verilməsidir.

Əcnəbi tələbələrin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.   Ağacəkmə kampaniyasında müvafiq qurumların aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbərliyi də sözügedən kampaniyaya qoşulublar.   Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib. Sözügedən aksiya zamanı 6 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4200 ədəd eldar şamı, əncir və püstə ağacları əkilib. Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.  

Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi

     Dekabrın 17-də Lənkəran Dövlət Universitetinin (LDU) 30 illik yubileyi qeyd edilib.       Yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış elm xadimləri və digər qonaqlar iştirak ediblər.   Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ardınca isə Dövlət Himni səsləndirilib.      Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov kollektivi LDU-nun 30 illik yubileyi münasibətilə təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin 30 ildə keçdiyi inkişaf yolundan ətraflı söz açıb.      Elm və təhsil naziri  Emin Əmrullayev çıxışında yubiley münasibətilə LDU kollektivini təbrik edib, son illərdə universitetdə görülən işləri müsbət dəyərləndirib, bunu yüksək idarəetmənin və kollektiv işin uğuru adlandırıb.      Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov da öz növbəsində kollektivə xoş arzularını çatdırıb, LDU-nun rayonun, bölgənin elmi-mədəni həyatında oynadığı əhəmiyyətli rol barədə danışıb.      Ölkə universitetlərinin rektorları adından çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev LDU kollektivinə arzularını ifadə edib və Natiq İbrahimova xatirə hədiyyəsi təqdim edib.     Daha sonra universitetin 30 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilən əməkdaşlara dövlət təltifləri və mükafatlar təqdim edilib.     Mərasimdə yubileylə bağlı LDU-ya ünvanlanan təbrik məktubları oxunub və 30 illik yolu əks etdirən videoçarx nümayiş etdirilib.                                     

Beynəlxalq “Təhsil” turniri başlayıb

Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri start götürüb.   Bakı İdman Sarayında keçirilən açılış mərasimində rəqqasların Azərbaycan tarixini simvolizə edən nümayişindən sonra medallar uğrunda qarşılaşmalara start verilib.   Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın ilk günündə çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar. İlk yarış günündə qalib olanlara medallar təqdim edilib.    Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Böyük Britaniya, İsrail və Fransadan ümumilikdə 200-dən çox idmançı iştirak edir.   Turnirin keçirilməsində məqsəd güləşin məktəblilər arasında kütləviliyinin, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və bu idman növü üzrə yeniyetmələrdən ibarət ölkə və Təhsil Respublika İdman Mərkəzinin yığma komandalarına namizədlərin seçilməsindən ibarətdir.

Tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 4-13 fevral 2023-cü il tarixlərində Qubada tələbələr üçün “WinterCamp 2023” qış düşərgəsi keçiriləcək. Məqsəd qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də onların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsidir.    5 günlük qış düşərgəsində iştirakçılar maraqlı simulyasiya və idman yarışları, maarifləndirici, intellektual oyunlar vasitəsilə vaxtlarını səmərəli dəyərləndirəcəklər.    Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək düşərgə çərçivəsində tələbələr peşəkar mütəxəssislər, spikerlər və təlimçilərin iştirakı ilə interaktiv sessiyalar və panellər vasitəsilə ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər.    İstiqamətlər:  1. Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);  2. Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (4-8 fevral);  3. Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral);  4. Təhsilin idarəedilməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr (9-13 fevral).    Düşərgəyə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr müvafiq linkdən https://forms.gle/w2ZzTrjtabX3E3HB8 qeydiyyatdan keçərək qatıla bilərlər. Qeydiyyat üçün son tarix 5 yanvar 2023-cü il müəyyən edilib.    Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi keçiriləcək. Bu mərhələləri uğurla başa vuran şəxslər düşərgədə iştirak hüququ qazanacaqlar.  Qeyd edək ki, iştirakçı sayı məhduddur. Yalnız seçilmiş şəxslərə nəticələr barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.  Əlaqə: Apply@konullu.edu.az 

Elm və təhsil naziri qırğız müəllim və şagirdlərlə görüşüb

Dekabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Qırğız Respublikasının şagird və müəllim heyətinin iştirak etdiyi STEAM yönümlü təlimlərin gedişatı ilə tanış olub.   Bildirilib ki, təlimlər çərçivəsində Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının şagird-müəllim heyətinə STEAM təhsili haqqında baza informasiya, layihənin əsas hissəsi olan fənlərin inteqrasiyası öyrədilir. Həmçinin iştirakçılar problem və layihə əsaslı öyrənmə (PBL), 3D modelləşdirmə, mikrobit sisteminə uyğun olaraq kodlaşdırma haqqında biliklər əldə edirlər.  Azərbaycan və Qırğızıstan arasında STEAM çərçivəsində mövcud əməkdaşlığı yüksək qiymətləndirən Emin Əmrullayev bu əməkdaşlığın gələcəkdə davamlı olmasını arzulayıb, iştirakçılara uğurlar diləyib.   Sonra fikirlərini bölüşən iştirakçılar dünyada aktual və müasir olan STEAM layihəsini Azərbaycanda öyrənməkdən məmnun olduqlarını dilə gətiriblər. Ölkəmizin STEAM təcrübəsindən yararlanan nümayəndə heyəti öz ölkələrində burada qazandıqları təcrübəni tətbiq etməyə maraqlı olduqlarını da diqqətə çatdırıblar.  Qeyd edək ki, Qırğız Respublikasının Nizami Gəncəvi adına 103 saylı məktəbinin və Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyasının 49 nəfərdən ibarət şagird-müəllim heyəti təcrübə mübadiləsi çərçivəsində “STEAM Azərbaycan” layihəsi ilə tanış olmaq məqsədilə Azərbaycanda səfərdədir.   

03/06/2026

İyunun 3-də Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. ? İki gün davam edəcək konfransda Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi, siyasi, mədəni və sosio-fəlsəfi aspektləri, regional sülh və təhlükəsizlik baxımından əhəmiyyəti müzakirə olunacaq. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23123-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #QərbiAzərbaycanaQayıdış

Ətraflı
03/06/2026

? 2026–2027-ci tədris ili üzrə doktoranturada SABAH proqramına qeydiyyat prosesi davam edir. ? Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu ⏳ 9 iyun saat 18:00-da yekunlaşacaq. ? Qeyd edək ki, bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #SABAH #Doktorantura

Ətraflı
03/06/2026

? Ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxış genişləndirilir ? Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. ? Artıq bir sıra universitetlərdə "Microsoft"un müasir rəqəmsal və süni intellekt əsaslı həlləri istifadəyə verilib. Xüsusilə "Copilot" aləti müəllimlərə tədris materiallarının hazırlanması, qiymətləndirmə və akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün yeni imkanlar yaradır. ?✨ Bu təşəbbüs ali təhsildə innovasiyaların tətbiqinə, rəqəmsal bacarıqların inkişafına və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23121-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ #RəqəmsalAlətlər

Ətraflı