Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans

Mayın 2-də Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və müasir türk dünyası" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlər, ictimai-siyasi xadimlər, eləcə də respublikamızın tanınmış ziyalılarının iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolu və türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub. Konfransın Təşkilat Komitəsinin sədri və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev giriş nitqi ilə çıxış edib. Tədbirdə həmçinin elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, millət vəkili Ziyad Səmədzadə, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Qəhrəman Ali Məclisinin senatoru Sodiqjon Turdiyev və digərləri çıxış ediblər. Konfransda Azərbaycanın türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkəmizdəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.

“Məktəb liderliyi” proqramının I çağırışının bağlanış mərasimi

Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən birgə icra olunan “Məktəb liderliyi” proqramının I çağırışının bağlanış mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADPU-nun rektoru Cəfər Cəfərov, nazirliyin və universitetin müvafiq struktur bölmə rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə ADPU-nun tələbələrindən ibarət xor ansamblının ifasında Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov qeyd edib ki, “Məktəb liderliyi” proqramı ümumi təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşma və təcrübələrin tətbiqinə dair ilk əhatəli proqramdır. Cəfər Cəfərov diqqətə çatdırıb ki, sözügedən proqram bu sahədə çalışanlar üçün informal və qısamüddətli təhsil imkanı yaradan unikal platformadır.  ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Məktəb liderliyi” proqramı çərçivəsində görülən işlərə dair qısa təqdimatla çıxış edib.  Məlumat verilib ki, bu gün proqramdan məzun olan iştirakçıların 30 faizə qədəri müxtəlif ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışırlar. Hazırda icra olunan II çağırış üzrə isə 845 nəfər imtahan mərhələsində iştirak edib. Proqrama böyük marağı nəzərə alaraq yaxın zamanda 100 nəfər regional, 50 nəfər Bakı, Sumqayıt və Abşeron üzrə olmaqla ümumilikdə 150 nəfərin II çağırışa seçilməsi nəzərdə tutulur. Təqdimatdan sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib. Türkiyənin Başkənd Universitetinin Təhsil İnstitutunun direktoru, “Məktəb liderliyi” proqramında “Məktəb idarəetməsi və  liderlik” modulunun müəllimi Sərvət Özdəmir bu proqramın icrasını Azərbaycan təhsili üçün olduqca önəmli addımlardan biri kimi dəyərləndirərək son illər ölkəmizdə təhsilin inkişafı istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirib. Daha sonra proqramın məzunları öz təəssüratlarını bölüşüblər.  Təltifetmə mərasimində proqramın modullar üzrə müəllimlərinə və məzunlara plaket, həmçinin sertifikatlar təqdim olunub.  Sonda xatirə şəkli çəkdirilib.

Fənn olimpiadalarının final turları başladı

Mayın 2-də fənn olimpiadalarının respublika mərhələsinin final turuna start verilib.   İlk olaraq fizika və coğrafiya fənləri üzrə final mərhələsi keçirilir. Fizika fənni üzrə 122, coğrafiya fənni üzrə 121 nəfər olmaqla ümumilikdə 243 şagird bu mərhələdə iştirak edir.    Olimpiadanın ilkin nəticələri imtahan günü və ya bir gün sonra www.olimpiada.edu.az saytında elan olunacaq.    Qeyd edək ki, respublika fənn olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.

Uşaq İncəsənət Festivalının birinci mərhələsi davam edir

Mədəniyyət və Elm və Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalının birinci mərhələsinə respublika üzrə ümumilikdə 120 müəssisədə start verilib.   Üç turdan ibarət, 21 nominasiyada 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikamızın bütün rayon və şəhərlərindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından 27 minədək iştirakçı qatılıb.   Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, ikinci mərhələsi isə iyun-avqust aylarını əhatə edəcək. İkinci mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər. Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək.   Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala evsahibliyi hüququ qazanacaq.       Festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az/az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az/) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az/#main) rəsmi internet səhifələri üzərindən, +994 050 288 01 47 mobil, 147 qısa nömrələri ilə əlaqə yaratmaqla, həmçinin festivalın rəsmi internet saytı (https://uif.az/) və aşağıda göstərilmiş sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.  https://www.facebook.com/uif.az/https://www.instagram.com/uif.az/https://www.youtube.com/@uif_az/tiktok.com/@uif.az 

Sertifikatlaşdırma prosesinə dair növbəti görüş

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair görüş təşkil olunub.     Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib.     Görüş müddətində müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb. 

Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin qalibi bəlli olub

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.   Ali Məhkəmədə təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkili Kamal Cəfərov, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, məktəb direktorları, mentor tələbələr, şagirdlər və digər qonaqlar iştirak ediblər.   Əvvəlcə finala vəsiqə qazanmış hər biri 2 şagird və 1 tələbədən ibarət 2 komandanın (7 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib, onların ittihamçı və müdafiəçi kimi çıxışları dinlənilib.    Giriş nitqi ilə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva İdarə və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) birgə təşkilatçılığı ilə keçirilən “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib.    Ali Məhkəmənin sədri İnam Kərimov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. Ali Məhkəmənin sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və bu ixtisas üzrə təhsil almaq arzusunda olan şagirdlərin inkişafında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılmasında maraqlıdır. Sədr müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.     Elm və təhsil naziri Emin Əmrullayev “Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. Nazir Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən yeniyetmə və gənclərin gələcəkdə fəal vətəndaş kimi yetişəcəklərinə, yüksək təhsil, innovativ bacarıqları ilə hüquqi dövlət quruculuğu işinin genişləndirilməsinə öz layiqli töhfələrini verəcəklərinə inandığını söyləyib. Təhsil prosesinin fasiləsizliyini və davamlılığını önə çəkən nazir bildirib ki, belə müsabiqələr, həmçinin öyrənmə mühitinin bir hissəsi kimi əhəmiyyətlidir.   Müsabiqəni yeniyetmə və gənclərin hüquqi maarifləndirilməsi işində müsbət addım kimi səciyyələndirən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva yetişən nəslin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən biri olduğunu söyləyib.   Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov ixtisas seçimi ərəfəsində olan yuxarı sinif şagirdlərinin bu müsabiqədə iştirakını hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı kimi qiymətləndirib. Daha sonra müsabiqənin nəticələri açıqlanıb  və 287 nömrəli “Zəkalar” liseyinin komandası və mentor tələbə Aytac Əliyeva final mərhələsinin qalibi seçilib. 7 nömrəli tam orta məktəbin komandası II, 20 və 83 nömrəli məktəb-liseylərin komandaları isə III yerə layiq görülüb.      Sonda qalib və fərqlənən komandalar diplom və hədiyyələrlə təltif olunub.  

Malayziyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı

Malayziya 2023-2024-cü tədris ili üçün təqaüdlə təhsil imkanı elan edir.   Təqaüd Malayziya universitetlərində magistratura və doktorantura təhsil səviyyələri üçün ayrılır.     Son müraciət tarixi 18 may 2023-cü ildir.   Qeyd edək ki, proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair maarifləndirici görüşlər davam etdirilir.   Növbəti görüşlər Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi təhsil müəssisələrində, həmçinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə təşkil olunub.   Hər iki görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.   Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib, sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının differensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.   Sonda təhsilverənləri maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

Aprelin 28-də elm və təhsil naziri Emin Əmrullayev Qusarda vətəndaş qəbulu keçirib. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin və direktorların işə qəbulu, təhsilverənlərin yerdəyişməsi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Nazir Qusar rayonu Hil kənd tam orta məktəbində olub

Aprelin 28-də elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbi ziyarət edib.      Məktəbdə yaradılmış şərait və tədris prosesi ilə tanış olan Emin Əmrullayev müəllim və şagirdlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.     Bildirilib ki, hazırda məktəbdə Azərbaycan və rus bölməsi ilə birlikdə ümumilikdə 31 sinif komplektində və 2 məktəbəhazırlıq qrupunda 636 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. Təhsil müəssisəsində 2 fizika, 2 kimya və 2 biologiya laboratoriyası, 2 əmək təlimi otağı, kitabxana, 350 yerlik akt zalı, idman zalı, həmçinin 92 yerlik yeməkxana mövcuddur.     Məktəbdə fəaliyyət göstərən peşə təmayüllü siniflərdə tədrisin gedişatını da izləyən Emin Əmrullayevə məlumat verilib ki, təhsil ocağında “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2018-2019-cu tədris ilindən etibarən tətbiq olunur. Hazırda məktəb üzrə ümumilikdə 32 nəfər 10-11-ci sinif şagirdi layihə çərçivəsində tədrisə cəlb edilib.   

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı