Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.   Belə ki, Çağrı Mərkəzinin  146 – 9 nömrəli yeni telefon xətti artıq istifadəyə verilib.   Vətəndaşlar Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yaratmaq üçün müvafiq nömrəyə zəng edə,  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.

“Xəmsə möcüzəsi” I beynəlxalq incəsənət müsabiqə-festivalının yekun tədbiri

Türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən “Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri baş tutub. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın Azərbaycandakı konsulu Sultan Akilov, Özbəkistanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Ramazan Otabek, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.  Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək müsabiqə-festivalın maraqlı və əhəmiyyətli mövzuya həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının, bəşəriyyətin böyük şair və mütəfəkkiridir. Firudin Qurbanov bu gün ölkəmizin təhsil müəssisələrində Nizami irsinin layiqincə tədris edildiyini, onun irsinin milli və bəşəri ideyalarının geniş şəkildə öyrədildiyini vurğulayıb. Dahi şair Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. Nazir müavini Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.  Sonda Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türkdilli dövlətlər arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib. Sonra qaliblər diplom və hədiyyələrlə təltif olunublar.  Sonda türkdilli xalqların rəqsləri nümayiş etdirilib, müsabiqə-festivala qatılan qaliblərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.  Qeyd edək ki, müsabiqə-festival Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan respublikalarından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I,  21 nəfər II, 22 nəfər III və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb.   

Slovakiyada təhsil imkanı

Slovakiya Respublikası 2023-2024-cü tədris ili üçün təqaüdlə təhsil imkanı elan edir.   Təqaüd proqramı Slovakiya universitetlərində bakalavriat və magistratura təhsil səviyyələri üçün nəzərdə tutulub.   Təqaüd proqramına qeydiyyat üçün son müraciət tarixi 5 may 2023-cü ildir. Qeyd edək ki, proqram çərçivəsində əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin təşkili ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Aprelin 27-də elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.    Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, memorandumun imzalanmasında məqsəd elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsidir.    Emin Əmrullayev qeyd edib ki, ilkin olaraq pilot şəkildə Bakı Dövlət Universiteti və 5 elmi-tədqiqat institutunun birgə fəaliyyətinin təşkili nəzərdə tutulub. Memorandumun beşillik imzalandığını vurğulayan nazir yekunda birgə fəaliyyətin nəticələrinin təhlil ediləcəyini və buna uyğun addımlar atılacağını diqqətə çatdırıb.    Elm və təhsil naziri əlavə edib ki, universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi məqsədlər sırasındadır.    Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova “Memorandumun məqsədi və tərəflər üçün yaradacağı imkanlar” adlı təqdimatla çıxış edib.    Mərasimdə iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, bu əməkdaşlıq ölkəmizin beynəlxalq arenada layiqli iştirakına imkan yaradacaq.   Mərasimdə çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və institut direktorları memorandumun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıblar.    Sonda Bakı Dövlət Universiteti və 5 elmi-tədqiqat institutu arasında memorandum imzalanıb. Anlaşma Memorandumunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev imzalayıblar.   Qeyd edək ki, iştirakçılar tədbirin təşkil edildiyi STEAM İnnovasiya Mərkəzində yaradılmış şəraitlə də tanış olublar.

Neft-qaz geologiyası üzrə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

23-26 may tarixlərində Neft və Qaz İnstitutunda “Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.     Konfrans neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər üçün nəzərdə tutulub.     Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” adlı elmi forumun keçirilməsi də planlaşdırılır.     Konfrans barədə ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə edə bilərsiniz. 

Şagirdlərimiz TIMSS 2023 və ICILS 2023-ün əsas mərhələsində iştirak edəcəklər

2023-cü ilin aprel – iyun aylarında ölkəmizin IV və VIII sinif şagirdləri riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study), həmçinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı – ICILS 2023-ün (International Computer and Information Literacy Study) əsas mərhələsində iştirak edəcəklər.      Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılan tədqiqatlarda 12 000-dən çox təhsilalanın iştirakı nəzərdə tutulub.     TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 4 ildən bir IV və VIII sinif şagirdləri arasında, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatı isə 5 ildən bir yalnız VIII sinif şagirdləri arasında keçirilir.     Tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır.      Qeyd edək ki, hər iki tədqiqat Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunur və kompüterəsaslı həyata keçirilir.  

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası davam edir

Aprelin 27-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kampaniya çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə mərasimi keçirilib.       Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.      Kampaniya çərçivəsində qeyd edilən ərazidə 1000 ağac tingi əkilib.      Qeyd edək ki, cari ildən başladılan kampaniya ərzində ölkə üzrə təhsil müəssisələrinin həyətyanı sahələrində müxtəlif növ ağaclar əkilib və proses hələ də davam etdirilir. İlin sonunadək həyata keçirilməsi nəzərdə tutulan kampaniya çərçivəsində ümumilikdə 100 min ağacın əkilməsi planlaşdırılır. 

Növbəti vakansiya seçimi mərhələsi

28 aprel saat 11:00-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək.   Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.   Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

“Müstəqil Azərbaycanın memarı” adlı beynəlxalq elmi konfrans

Aprelin 26-da Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.    Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.    Beynəlxalq elmi konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Giriş nitqi ilə çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir, müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. Tahir Budaqov qeyd edib ki, ümummilli liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır.    Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, ümummilli lider öz soy-kökünə, milli-mənəvi dəyərlərə söykənərək misilsiz xidmətlər göstərib.    Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.    Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, ulu öndərin qurduğu Azərbaycan bu gün daha qüdrətli və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək.    Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında vurğulayıb ki, yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb. Bildirib ki, 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub.    Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, ümummilli liderin müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır.    Çıxış edən Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk isə ulu öndər Heydər Əliyevi “türk dünyasının ən böyük liderlərindən biri” adlandırıb və onun tarixi xidmətlərinin unudulmaz olduğunu deyib.    Qeyd edək ki, iki gün ərzində 3 bölmədə işini davam etdirəcək konfransda 110-dan çox məruzə dinləniləcək. Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, Türkiyə və İsraildən də qonaqlar iştirak edirlər. 

Sertifikatlaşdırmaya dair növbəti görüş keçirilib

Bakı şəhərində sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.     Görüşdə paytaxtın Yasamal, Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonları üzrə ümumtəhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.     Görüş müddətində iştirakçılar sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıblar.      Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, həmçinin imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb. 

02/06/2026

? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026

Ətraflı
02/06/2026

Ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq

Ətraflı
01/06/2026

? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili

Ətraflı